Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 04:59

Gecə klubuna basqınla bağlı daha 27 nəfər tutulub


İstanbulda Reina gecə klubuna hücum
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

İstanbulda Reina gecə klubuna hücum

Türk polisi gecə klubuna basqınla bağlı daha 27 nəfəri həbs edib. Onların hamısının kluba hücumda günahlandırılan şəxslə--Özbəkistandan olan Abdulgadir Masharipov-la əlaqəli olduğu güman edilir.

«Anadolu» agentliyinin yaydığı məlumata görə, dünən—yanvarın 18-də polis Türkiyənin Bursa şəhərində reyd keçirib, müxtəlif ünvanlarda yaşayan, əsasən Tacikistan, Özbəkistan və Qazaxıstandan olan şübhəliləri həbs edib. Tutulanlar arasında Çindən olan uyğur türkləri də var.

Polis tutulanlardan 19-nun qadın olduğunu deyir. Onların uşaqlarını həbsxanada, xüsusi qoruma altında saxlayırlar.

Tutulanlardan birinin evindən saxta şəxsiyyət vəsiqələriylə alınmış 15 mobil telefon tapılıb. Polis bu evdəkilərin əcnəbilərlə təmas yaradan «İslam Dövləti» (İŞİD) dəstəsi üzvüylə əlaqəli olduğunu güman edir.

İstanbulda «Reina» gecə klubuna basqın yanvarın 1-də olub. Silahlı şəxs kluba girərək oradakıları güllələyib, 39 adamı öldürüb. Bu günlərdə polis həmin şəxsin həbs edildiyini bildirib. «Hürriyet» qəzeti tutulanın-- Abdulgadir Masharipov-un cinayəti etiraf etdiyini, onu İŞİD-in təlimatlandırdığını söylədiyini yazır.

Hadisəyə görə məsuliyyəti elə İŞİD üzərinə götürmüşdü.

XS
SM
MD
LG