Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 22:58

Əcnəbilərin dəm qazından öldükləri güman edilir


Foto illüstrasiya

Daxili İşlər Nazirliyi ( DİN) Azərbaycanda dəm qazından boğulan Kamerun vətəndaşlarının ölümü ilə bağlı məlumat yayıb.

APA-nin xəbərinə görə, məlumatda bildirilir ki, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonunda kirayə yaşadığı evdə onun, həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin meyiti aşkarlanıb. Meyitlərin üzərilərində zorakılıq əlamətləri görünməyib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.

Araşdırmalar zamanı evin hamamında olan suqızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Ölənlər «SabunçuSpor»un futbolçuları olub

Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.

«Apasport»un xəbərinə görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves, Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən «SabunçuSpor» klubunda oynayıblar.

Senan Nike əvvəllər «SabunçuSpor»un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.

Ölənlərdən 3-ü futbolçu olub

Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.

Orada kirayədə yaşayan Kamerun vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Atanın dəm qazından boğularaq öldükləri güman edilir.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş. Ancaq futbolçuların mənsub olduğu klubun (klubların) adı açıqlanmayıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu araşdırma aparır.

+++

Yanvarın 1-i Bakıda mənzildə beş nəfərin meyiti aşkarlanıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Xəbərə görə, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasetmə qrupunun işçiləri mənzilin qapısını açanda, orada 5 nəfərin cəsədi aşkar edilib. Bu 5 nəfərin hamısının Kamerun Respublikasının vətəndaşları olduğu bildirilir.

Nazirliyin yaydığı məlumatda ölümün səbəbləri göstərilmir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG