Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 06:41

Almaniya tunisli haqda xəbər verənə 100 min avro vəd edir


Anis Amri

Almaniyada yarmarkaya hücumda şübhəli bilinən tunisli haqda bilgi verənə 100 min avro (105 min dollar) mükafat vəd edilib.

Dekabrın 19-da Berlində yük avtomobilinin yarmarkadakıların üstünə sürülməsi nəticəsində 12 nəfər ölüb, 48 yaralı var. Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) üzərinə götürüb. Hazırda polis hadisəni törətməkdə şübhəli bilinən tunislini axtarır.

Almaniyanın Federal Prokurorluğunun (GBA) yaydığı məlumata görə, axtarışda olan 24 yaşlı Anis Amri-dir. Onun boyu 1m 78sm, çəkisi təxminən 75 kq-dır. Saçları qara, gözləri qəhvəyi rəngdədir. Prokurorluq şübhəlinin təhlükəli olduğunu, silahla hücum edə biləcəyini deyir, vətəndaşları onu görən kimi polisə məlumat verməyə çağırır.

A.Amri-nin şəkilləri GBA-in veb-səhifəsində çıxıb. Onun axtarışına Almaniyanın bütün əyalətlərinin polis qüvvələri cəlb edilib.

XS
SM
MD
LG