Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 05:55

Məktəblilərə zərərli reklamlara qadağa


Astarada məktəb

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə və yetkinlik yaşına çatmayanlardan ötrü nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan edilir.

Modern.az-ın xəbərinə görə, «Təhsil haqqında» Qanuna nəzərdə tutulan əlavə və dəyişiklər layihəsi Milli Məclisə daxil olub.

Xəbərdə qeyd edilir ki, bununla bağlı qanunun 11.4-cü və 11.5-ci maddəsinə dəyişiklik ediləcək.

Layihəyə görə, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklamlar məktəblərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafəyə qədər uzaqda yerləşdirilməlidir.

Bundan başqa, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olmalıdır.

XS
SM
MD
LG