Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 01:48

Beynəlxalq koalisiya: 'Söz azadlığına basqılar dayandırılsın'


Foto illüstrasiya

«Azərbaycan hökuməti söz azadlığına çoxməqsədli hücum həyata keçirir. İnternetdə tənqidi ifadələrə görə sərt cəzalar tətbiq edir, qraffitiyə görə gəncləri həbs edir, müstəqil kütləvi informasiya vasitələrinin veb-saytlarına çıxışı bağlayır, jurnalistləri və bloqqerləri sıxışdırır».

19 beynəlxalq hüquq müdafiə təşkilatının birgə bəyanatında belə yazılır. Həmin təşkilatlar Azərbaycan hakimiyyətini bu təhlükəli tendensiyanın qarşısını almağa, əsas insan hüquq və azadlıqlarına hörmət etməyə dəvət ediblər.

«Bu il iki gənc fəal Bayram Məmmədov və Qiyas İbrahimov Bakıda Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs olunublar. Amma onları saxta narkotik ticarəti ittihamı ilə həbs ediblər və polis bölməsində işgəncə veriblər. İbrahimov bu yaxınlarda 10 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror Məmmədovu isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etməyi xahiş edib», - sənəddə vurğulanır.

Buna da bax-'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

Bəyanatda Sumqayıtda jurnalist İkram Rəhimov və sıravi şəxs Rəhman Novruzovun yerli hakimiyyətin rüşvətxorluğu haqqında məlumatdan sonra böhtana görə mühakimə olunduğu qeyd edilir.

«Cəlilabad rayonunda jurnalist Əfqan Sadıqov saxta «sağlamlığa ziyan vurmaq» ittihamı ilə məhkəmə qarşısına çıxarılıb və o, beş ilədək azadlıqdan məhrum edilə bilər. Azərbaycan jurnalistlərinin əsassız təqibi narahatlıq doğurur», - bəyanat müəllifləri qeyd edir.

AZƏRBAYCAN HÖKUMƏTİNDƏN İSTƏNİLİR...

Bəyanatı imzalayan təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistlərin siyasi motivli təqiblərinə, işgəncələrə son qoymağa, Qiyas İbrahimovu və Bayram Məmmədovu azad etməyə, ictimaiyyətə müstəqil mənbələrinə maneəsiz çıxış imkanı verməyə səsləyiblər.

Buna da bax-Aqil Abbas: 'Mənim atamın goruna 932 adam söyüb, hesablamışam'

Sənədi «Article 19», «International Media Support», «International Partnership for Human Rights», MYMEDIA, «Netherlands Helsinki Committee», «Norwegian Helsinki Committee» və «PEN America» təşkilatları imzalayıblar. Sənəddə habelə, «PEN International», «People in Need», «Platform», «Reporters Without Borders», «World Organisation Against Torture» və digər qurumların imzası var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi baxışlarına görə jurnalistlərin həbs edilmədiyini bildirirlər. Onların fikrincə, həbs edilən şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar. Hüquq-mühafizə orqanları Qiyas İbrahimov və Bayram Məmmədovun da məsələsi daxil olmaqla, işgəncə ilə bağlı şikayətləri qəbul etmirlər.

XS
SM
MD
LG