Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 03:52

Suriya ordusu Hələbi bütünlüklə ələ keçirməkdədir


Hələb

Suriya ordusu Hələbin şərqində daha 5 rayonun qiyamçılardan təmizləndiyini bildirib. Britaniyada yerləşən «Suriyanı müşahidə şurası»ndan verilən məlumata görə, hökumət qüvvələri qiyamçıların əlində olan ərazilərin 70%-ni ələ keçiriblər, döyüşən qiyamçıların sayı kəskin şəkildə azalıb.

Prezident Bashar Assad rejiminə müxalif qüvvələr indi Hələbdə cəmi bir neçə kilometrlik zonaya nəzarət edirlər. Onların da yaxın günlərdə çökəcəyi gözlənir.

Rusiya Müdafiə Nazirliyi də Hələb döyüşlərində böyük uğur qazandıqlarını elan edib.

Hələb şəhərinin çökməsi Assad rejiminin qələbəsi deməkdir. Bu, 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində Suriya hökumət qüvvələrinin ən böyük uğuru sayıla bilər.

XS
SM
MD
LG