Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 12:11

Ratko Mladic-in məhkəməsi başa çatır


Ratko Mladic

Dekabrın 5-də Haaqa məhkəməsinin prokurorları Ratko Mladic-ə qarşı yekun ittihamlarını səsləndirməyə başlayıblar. Bosniyadakı keçmiş serb ordusunun komandanı R.Mladic müharibə cinayətlərində, soyqırımında, insanlığa qarşı cinayətlərdə günahlandırılır.

Prokurorlardan Alan Tieger Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə müraciətində deyib ki, R.Mladic müsəlmanların dövlət yaradacağından narahat deyildi, onun məqsədi müsəlmanları yer üzündən silməkdi. O, R.Mladic-in bu məqsədlə Srebrenitsada 8 min müsəlman kişi və oğlanı, Sarayevoda 10 min adamı güllələtdiyini söyləyib.

Başqa bir ittihamçı Arthur Traldi deyib ki, Bosniya-serb qüvvələrinə başçılıq edərək, etnik təmizləmə əməliyyatı aparıb, həmin qüvvələr serblərin iddia etdikləri ərazilərdə cinayətlər törədiblər

74 yaşlı R.Mladic ona qarşı ittihamların hamısını rədd edir. Yekun ittihamların səslənməsi prosesinin bir həftə çəkəcəyi gözlənir. Hökm gələn il verilməlidir.

XS
SM
MD
LG