Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:29

İtaliyanın baş naziri istefasını sonraya saxladı


Matteo Renzi

İtaliyanın baş naziri Matteo Renzi istefasını bir qədər sonraya saxlamalı olub. Prezidentin xahişi ilə nazir ölkənin 2017-ci il büdcəsi təsdiqlənəndən sonra istefa verəcək. Büdcə isə bu həftə təsdiq oluna bilər.

M.Renzi dekabrın 4-də keçirilən referendumda uduzarsa, istefa verəcəyini söyləmişdi. Referenduma M.Renzi-nin ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təklifləri çıxarılmışdı. İtalyanların çoxu təkliflərə «yox» dediyindən dekabrın 5-də nazir istefaya getdiyini elan etdi.

Referendumun nəticələri İtaliya iqtisadiyyatına mənfi təsir edib, ekspertlər ölkədəki qeyri-stabilliyin bank sektoruna da zərbə vuracağından, AB əleyhinə olan partiyaları fəallaşdıracağından narahatdırlar. Ona görə də İtaliya prezidenti Sergio Mattarella baş nazirlə görüşərək, onun istefasını bir qədər yubatmasını istəyib.

XS
SM
MD
LG