Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:43

Azərbaycanda yeni qızıl sahəsi aşkarlanıb


Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Qızıl mədənlərində Əliyevlərin payı

Azərbaycanda yeni qızıl, gümüş və mis sahələrinin aşkarlandığı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatına görə, Kiçik Qafqaz dağlarının Azərbaycana aid hissəsində köklü qızıl yataqlarında axtarışda Tülallar qızıl təzahürünün böyük ehtiyatları müəyyənləşib.

APA bildirir ki, həmin yataqlar Göygöl rayonunun eyniadlı kəndi yaxınlığında, rayon mərkəzindən 45 kilometr aralıda yerləşir.

Həmin ərazilərdə qızıl 1 tonda 0.4-33.5 qram, gümüş isə 0.5 – 48.4 qram həcmindədir.

«Tülallar təzahüründə qızılın resursları, hazırda istismar olunan Gədəbəy və Çovdar yataqlarının ehtiyatlarına yaxındır. Onun dağ-texniki şəraiti hər iki yatağa nisbətən istismar üçün daha əlverişlidir», - nazirliyin məlumatında qeyd olunur.

Nazirlik həmçinin, Goranboy rayonunda yerləşən Başqışlaq sahəsində aparılan axtarış zamanı da müsbət nəticələrin əldə olunduğunu bildirir. «Orda qızıla, gümüşə və misə perspektivli sahələr ayrılıb. Hər tona görə qızıl 0.4-2.2, gümüş isə 2.0-4.2 qram təyin edilib».

Nazirlik Başqışlaq, Göygöl rayonunun Əzgilli sahəsində də qızıl və gümüşlə bağlı müsbət nəticələrin alındığını bildirir.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir.

İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

Multimedia

XS
SM
MD
LG