Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 14:05

Almaniya İstanbulda «erməni soyqırımı» ilə bağlı konserti təxirə salıb. Plana görə, Drezden Simfonik Orkestri İstanbuldakı Almaniya konsulluğunda konsert proqramıyla çıxış etməli idi. Konsertdə iştirak üçün Türkiyə rəsmilərinə, hətta prezident Recep Tayyip Erdoğan-a, baş nazir Binali Yıldırım-a dəvət göndərilmişdi. Orkestr bildirirdi ki, konserti təşkil etməkdə məqsəd türk və erməni xalqının keçmiş yaralarını sağaltmaqdır.

Almaniya Xarici İşlər Nazirliyi elan edib ki, konsulluq deyilən tarixdə--noyabrın 13-də konsertə icazə verməyə hazır deyil.

Məsələ Berlinlə Ankara arasında gərginliyə səbəb olmuşdu.

Ermənilər I Dünya müharibəsi zamanı Türkiyə ərazisində milyon yarım erməninin soyqırımına, deportasiyaya məruz qaldığını deyirlər. Türkiyə ittihamları rədd edir.

XS
SM
MD
LG