Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:50

Macarıstanda miqrantlarla bağlı referendum keçirilir


Macarıstanda miqrantları polis saxlayarkən

Oktyabrın 2-də Macarıstanda Avropa Birliyinin məcburi miqrant kvotası üçün referendum keçirilir.

Referenduma çıxarılan sual belədir: «Parlamentin səsverməsi olmadan Avropa Birliyinin Macarıstan vətəndaşı olmayan şəxslərin Macarıstanda yaşayışına qərar verməsini istəyirsinizmi?»

Sağçı baş nazir Viktor Orban 160 min miqrantın Avropa Birliyi ölkələrinə paylaşdırılması planına qarşı çıxır. Hökumətin referendum qərarına qarşı çıxan müxalifət isə boykota çağırıb.

Avropa Birliyi 160 min miqrantı üzv ölkələrə məcburi kvotalarla yerləşdirmək istəyir. Macarıstan üçün 1294 yer ayrılıb.

XS
SM
MD
LG