Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:47

Yanan bina işi: ‘Düzdür, kompensasiya verdilər, amma nə olsun?!’


Yanan bina
Yanan bina

Ötən il aprelin 10-da Xətai rayonu ərazisində 9 mərtəbəli binanın yanması ilə bağlı məhkəmə araşdırmaları davam edir. Artıq dörd aydır ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hadisə nəticəsində ziyan çəkmiş sakinlər məhkəməyə gəlmək istəmir. Bir müddət əvvəl, hətta zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılmışdı, amma bu da problemi həll etməyib.

Bu iş üzrə sentyabrın 6-da keçirilən məhkəmə iclasına 20 zərərçəkmiş çağrılsa da, onlardan yalnız üçü gəlib. Onlar təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildiriblər.

Buna da bax: Xətaidə yanan bina işi: ‘Yanğın kabeldən başlayıb

“NƏ VARDISA, HAMISI YANDI”

"Olan oldu, keçən də keçdi. Bütün əsəblərimiz korlanıb. Evdə nə vardısa, hamısı yandı. Düzdür, kompensasiya verdilər, amma nə olsun?! Heç gəlinin yanmış cehizlərinin əvəzi deyildi. Yanan yandı, yanmayanı da "pojarnı"nın suyu zay elədi. Qalan iki döşək oldu. Bu adamları (təqsirləndirilən şəxsləri) da tanımıram, Allah qapılarını açsın, sağ-salamat ailələrinin, uşaqlarının yanına getsinlər",zərərçəkmiş Cəlalə Vəliyeva bildirib.

Yanan yandı, yanmayanı da "pojarnı"nın suyu zay elədi.

Digər zərərçəkmişlər Rəfiqə Cabbarlı, Zülfüqar İsgəndərovun nə kompensasiyadan şikayətləri olub, nə də təqsirləndirilən şəxslərdən.

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov məlumat verib ki, növbəti məhkəmə iclasından zərərçəkmişlərlə paralel olaraq, şahidlərin də dindirilməsinə başlanacaq.

Buna da bax: Yanan bina işi: 'Yanğına o zibil səbəb oldu'

Növbəti məhkəmə iclası isə sentyabrın 20-nə təyin olunub.

Xatırladaq ki, sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

Buna da bax: 7 milyonluq sövdələşmə - Yanan bina işi

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG