Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 00:58

Türkiyədə 21 min müəllim işdən kənarlaşdırıldı


Foto arxiv

Türkiyənin Təhsil Nazirliyi özəl təhsil müəssisələrində işləyən 21 min müəllimi işdən kənarlaşdırıb.

Bu barədə Reuters agentliyi iyulun 19-da nazirliyin rəsmisinə istinadla xəbər yayıb.

Bu, Ali Təhsil Şurasının universitetlərdən 1577 dekanın istefaya göndərilməsini göstəriş verməsindən az sonra elan edilib.

Nazirliyin nümayəndəsi lisenziyası alınan 21 min müəllimin əsasən terrorçuluq fəaliyyətində şübhəli bilindiklərini deyib, amma əlavə açıqlama verməyib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti iyulun 15-də edilən hərbi çeviriliş cəhdindən sonra ölkə böyu həbslər vətəmizləmələrə başlayıb.

Azı 7500 nəfərin həbs edildiyi, polis, hakim, vali və bələdiyyə başqanları da daxil olmaqla minlərlə adamın işdən kənarlaşdırıldığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG