Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:00

Müxalifət "Yol Xəritəsi" təklif edir


arxiv fotosu
arxiv fotosu

Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin rəhbərlik etdiyi Strateji Düşüncə Mərkəzi (SDM) fevralın 6-da “Böhrandan İmkana Yol Xəritəsi” adlı sənədi müzakirəyə çıxarıb.

Müsavat Partiyasının mənzil-qərargahında keçirilən müzakirələrdə partiya funksionerləri, SDM-ə daxil olan ekspertlər və ictimai xadimlər iştirak edib.

“Yol xəritəsi” Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi böhrandan çıxması üçün 8 strateji istiqaməti əhatə edir.

Sosial strategiya yoxsul təbəqəyə yardımın göstərilməsini nəzərdə tutur. Habelə işsizliyin səviyyəsinin azaldılması, əhalinin kredit probleminin həllinə dair kompleks tədbirləri əhatə edir..

Təxirəsalınmaz iqtisadi tədbirlər korrupsiyaya qarşı mübarizəni, biznesin və azad iqtisadiyyatın inkişafı üçün əlverişli mühitin yaradılmasını vacib sayır.

Təxirəsalınmaz siyasi tədbirlər isə siyasi məhbusların azad edilməsini, siyasi, ictimai təşkilatlar və KİV-in azad fəaliyyəti üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Xarici siyasət sahəsində avroatlantik birliyə, ÜTT-yə beynəlxalq inteqrasiyadan bəhs edilir. .

Bu ilin yazında konstitusiya referendumunun keçirilməsi ideyası irəli sürülür..

2016-cı ilin payızında növbədənkənar parlament seçkilərinin, 2017-ci ildə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi təklif olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG