Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 19:49

İranda Azərbaycan dilində "Soyuq" adlı film çəkilib


-

Sabah İranın Təbriz şəhərində Azərbaycan dilində çəkilmiş "Soyuq" adlı filmin təqdimatı olacaq. Rejissorları Bəhmən və Bəhram Ərk qardaşlarıdır.

Bu film İranda "Ən yaxşı rejissor" və "ən yaxşı aktyor" nominasiyası üzrə "Pərvane-e Zərrin" və "Pərvane-e Simin" mükafatlarını qazanıb. Filmin prodüsserləri Bəhram və Bəhmən Ərk, Sina Bəradəran Ahəngəri, Təbriz Gəncləri Kino Əncüməni (Birliyi), ssenaristləri Bəhram Ərk, Bəhmən Ərk və Əli Müslümidir.

86 dəqiqəlik bu film bir oğlan uşağının həyatından bəhs edir. Ailəsinin maddi çətinliklərinə görə stress yaşayan oğlan uşağı özünü məktəbdə həmişə isladır. Oğlanın anası çılpaq oğlu onun çadrası altında gizlənir deyə, onu məktəbdən gətirəndə çadrasız gəlir.

XS
SM
MD
LG