Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:25

-

Yanvarın 14-də İndoneziya paytaxtı Cakartanın mərkəzində bir neçə partlayış olub. Polis 4 şübhəli yaraqlı daxil olmaqla, 7 nəfərin öldürüldüyünü bildirir.

Azı 7 bomba partladılıb. Şahidlər azı 3 nəfərin ölüsünü gördüklərini deyirlər. Partlayışlardan biri Starbucks kafesində baş verib. Reuters-in fotoqrafı danışır ki, kafenin şüşələri sınıb, yolda 3 meyit görüb.

Bir partlayış isə Sarinah Mall alış-veriş mərkəzində baş verib.

Prezident Joko Widodo əhalini sakitliyə çağırıb, durumun nəzarətdə olduğunu bildirib.

Hücumlara görə məsuliyyəti götürən olmayıb.

İndoneziyada islamçı yaraqlıların təhlükəsi artıb. Polis də İslam Dövləti silahlı qruplaşması ilə əlaqələrdə şübhəli bilinənlərə qarşı əməliyyatlar aparır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG