Polis və prokurorluq orqanlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Bakının Səbail rayonunda törədilən qətlin üstü açılıb.
Bakı şəhər Baş Polis Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya verilən məlumatda görə, yanvarın 4-ü saat 06:00 radələrində Bülbül prospektindəki “Kofein-klub”da 25-30 yaşlı kişi bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin Tural Abbasov olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev saxlanılıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb.