Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 17:21

Alim Qasımov Meksika mükafatını ala bilər


Alim Qasımov.

-

Azərbaycanın xalq artisti Alim Qasımov haqqında Meksikanın ən nüfuzlu radiosu olan «Código DF: Radio Cultural en Línea»də veriliş hazırlanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, verilişdə xanəndə haqqında geniş söz açılıb və sənətkarın oktyabrın 19-dan 23-dək Meksikanın müxtəlif şəhərlərində verdiyi silsilə konsertdə səsləndirdiyi musiqi nömrələrindən istifadə edilib.

Həmin konsertin təşkilatçısı olan «Discos Corasón S.A.» şirkəti Alim Qasımovu «Ənənəvi musiqi - ən yaxşı konsert» nominasiyasında «Lunas del Auditorio» musiqi mükafatına namizədliyini irəli sürüb.

XS
SM
MD
LG