Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:24

İndi azərbaycanlı sanki azad idi (Gürcü yazıçının hekayəsi)


Mikheil Javakhishvili
Mikheil Javakhishvili

- "Borçalı azərbaycanlısının dili tutulmuşdu, dodaqları titrəyirdi, boynu bükülmüşdü, yekə başını hər iki qadının çiyninə qoymuşdu və öz uşağı kimi ağlayırdı."

Tanınmış gürcü yazıçısı Mixaeil Cavaxişvili (1880-1937) azərbaycanlıların yaşadığı bölgədə (Kvemo Kartli) doğulub. Gözəl Azərbaycan dili bilirmiş.

Onun "Günahsız Abdulla" hekayəsi çox şöhrətli hekayədir. Sovet vaxtı Azərbaycanda da bu hekayəni ekranlaşdırıblar.

M.Cavaxişvili Staliin repressiyalarında güllələnmiş, yaradıcılığı 20 il qadağan olunmuşdu.

Rus və gürcü ədəbiyyatı üzrə Britaniya mütəxəssisi Donald Rayfield onun yaradıcılığına məqalələr həsr edib, onu Stendhal, Guy de Maupassant, Émile Zola ilə bir tutub. Onun fikrincə, gürcü ədəbiyyatında bir o, bir də Konstantine Gamsakhurdia bu qədər beynəlxalq səviyyəli statusa layiqdir.

Mixaeil CAVAXİŞVİLİ

GÜNAHSIZ ABDULLA

- Abdulla Kərim! - Məhkəmə sədri Abdullaya tərəf çevrildi. - Eşitdiniz ki: sizi arabaçıları soymaqda təqsirləndirirlər.

Candar kəndinin yaxınlığında siz vo rontsovlu malakanları silahla qarşılamış, pullarını, şəhərdə satın aldıqları mallarını əllərindən almış, bir kişini xəncərlə yaralamış və bir kişini də öldürmüşsünüz.

- Allah! - Abdulla dərindən ah çəkdi.

- Siz üç nəfər olmuşsunuz. İki nəfərin adlarını hələ də çəkməmisiniz. O biri səhər iz Sarvan kəndinə aparıb çıxarmışdır. Siz sarvanlı deyilsinizmi?

- Bəli, ağa, Abdullah sarvanlıdır.

- İz sizin evin dəhlizinə girmişdir. İndi danışın, görək, bu hadisə necə baş vermişdir?

- Ar visi, Vallah, ar visi! - Mən bilmirəm, Vallah, mən bilmirəm! - Boy- buxunlu Abdulla səmimi qəlbdən bağırdı və düyünlənmiş yumruğunu geniş sinəsinə çırpdı. - Vallah, ar visi!

- Çox yaxşı, elə həmin gün milis sizin dəhlizdə səbətin altında, qarət olunmuş malın bir hissəsini tapmışdır. – Bax, bu çiti, əl-üz dəsmalını və təzə rus papağını. Bu necə baş vermişdir?

- Allaha and olsun ki, ar visi! Vallah bilmirəm, - Abdulla yenidən səsləndi, həm də ümidsizliklə camaata baxdı və onların gözlərində inamsızlıq oxudu.

- Çox gözəl və çox pakizə, Abdulla Kərim oğlu! Qarət olunmuş malakanlar səni tanımış və nişan vermişlər. Bəs buna nə deyə bilərsiniz?

- Vallah, yalan deyirlər! Vallah, yalandı! Quran haqqı yalandı. Billah səhv edirlər! Allaha and olsun yalandır! Quranın kəramətinə and içirəm ki, yalandır deyirəm sizə!

- Abdulla Kərim, danışın, həmin gün və gecəni harada keçirmisiniz?

Abdulla gürcücə sözləri güclə bir-birinə qoşaraq danışırdı. Harada çətinə düşürdüsə, orada azərbaycancaya keçirdi və tərcüməçiyə müraciət edirdi. - Həmin günün səhəri Abdulla bostanı suladı.

Onun qoca anası, odur, bax, camaatın arasında çadraya bürünərək oturmuş və dingəli anası bostana “masoni” gətirdi. Sonra Abdullah evə qayıtdı və bir az “öz soli Fatmanı danladı”, çünki Fatma Abdullanın sevimli atını gec sulamışdı.

- Abdullanın bir nökəri var - Əli Qurban. Həmin gün nökər Abdullahın mal- qarasını Ləlvər dağında yaylamağa çıxan köçə qatmağa getmişdi. Yalnız buna görə Abdulla “sxeniyə” qulluq etməyi Fatmaya tapşırmışdı. (Odur, bax, Fatma da orada oturur, Zöhrənin yanında), yoxsa Abdullah başqa vaxt belə işi öz arvadına etibar etmir, çünki ona elə muğayat olur, necə ki, öz gözlərinə.

- Məgər arvadı suya göndərmək ayıb işdir? — Sədr gülümsəyərək soruşdu.

- Yox, sirsxvili deyil (yəni eyiblik), qorxuludur. Şeizleba gözəl arvadını da və gözəl atını da itirə bilərsən. Qızıl qızılı müdafiə edə bilməz, hər ikisini moitaseben (qaçırarlar).

Salonda gülüşdülər.

- Sonra, sonra?

- Sonra Fatmanın üstünə cumdu: “soda akosa” (öpdü), bir kiçik fıruzə peşkəş etdi və Xrama su gətirməyə getdi”, axşam isə yenə evə qayıtdı.

- Naxır çöldən gəldi. Abdullanın bir cöngəsi qayıtmamışdı. Azərbaycani “çomağını saiğo da savida”. O gecə Abdulla Kərim haraya getmədi, haraya baş çəkmədi, haralara qaçmadı! Algetin və Xramın sahillərinə qaçdı, Candarm ətraflarına da baş çəkdi, Marneuliyə də qalxdı və Saqqaltutan təpəsinə də “savida”, ancaq cöngəni tapa bilmədi.

- Bütün gecə “svimda”(yağırdı), Abdullah çox islanmışdı və işıqlaşanda qayıtdı. Qapını anam açdı. Fatma da yatmamışdı, “ana”sından və “arvad”ından soruşun - anasından və arvadından - hər ikisi buradadır, odur, o küncdə oturmuşlar. Onlar düzünü deyərlər, yalnız düzünü, çünki -Vallah, yey boq, onların heç birinin ağzından yalan çıxmayıb. O biri gün milis gəldi və məni tutdu, ancaq Vallah, mənim suçum yoxdu! - Allaha and olsun, mən təqsirkar deyiləm. Billah, Abdullah araperi ar visi! Yey box net. Maya net.

Abdulla deyəcəklərini söylədi və susdu.

- Sarvanlı azərbaycanlının şahidi yoxdur ki?

- Yox, Abdullanın “mosmesi” yoxdur. O gecə otlaqlarda təkcə gəzib dolaşırdı, yaxud da “mosme” nəyə lazımdır? Abdulla on dəfə “daipisa”(and içdi). İstəsəniz Qurana da and içər. Mollam “dauzaxet” (çağırın), Quranı da gətirsin. Abdullah yalan yerə “ar daipisebs”, deyirəm, Abdullah namuslu kişidir! Sarvanlı molladan soruşun, istəsəniz lap oralı hakimiyyətdən, qalan borçalılardan da soruşa bilərsiniz.

- Şahidi çağırın. - dedi hakim və qıvrım saçlı azərbaycanlıya bir daha nəzər yetirdi, o isə öküz gözlərini parıldadır, ağ dişlərini ağardır, yenidən düymələnmiş sinəsinə döyür və üç dildə çığırırdı:

- Allaha and olsun yox! Vallah mənim suçum yoxdu! Yey box, maya net, yey box! Yey box!

Sonra böyük salona göz gəzdirdi və sükuta qərq olmuş insanlarda tərəfdaşlıq görmədikdə, beli sınmış kimi aşağı çökdü, uzun əllərini sambadı, dizlərinə çırpdı və itaətkarcasma fəryad qopartdı:

- Allah! Allah! Suya düşdün, suda düşdün! - İstər ədalət məhkəməsinə düş, istər suya düşüb ax.

Üç nəfər malakan qətiyyətlə Abdullanın üzünə durdular və hər üçü inamla deyirdi:

- Budur, məhz budur!.. Yaxşı yadımızdadır... Çox yaxşı yadımızdadır.

- Yaxşı diqqət yetirin, səhvə yol verməyin, - hakim bir neçə dəfə ruslara məsləhət gördü. - Yalan yerə boynunuza günah götürməyin, vicdanınızı ləkələməyin.

- Budur, məhz budur. - Malakanlar yenə də səslənirdilər... - Bu çit də bizimdir, bu əl-üz dəsmalı da və papaq da... Şəhərdən almışdıq, evə aparırdıq. Çox malımızı aldılar, ancaq qalanları itmişdir...

- Yey box, net! Yey box! - Abdullah onların üstünə çığırırdı. Lakin şahidlər yenə də öz dediklərini təkrar edirdilər.

Dövlət ittihamçısı və vəkil də çox danışdılar. Sonra Abdullaha son söz dedizdirdilər.

Abdullah indi nə desin? Deyəsi olduğunu artıq demişdir, ona görə də bir halda ki, sənədi yoxdur, bəlkə and və ya əks-səda kömək elədi:

- Allaha and olsun, yox! Vallah, mənim suçum yoxdu! Yey box, net! Yey box, net! Yey box! - Bir daha yenə dilləndi, yenə də sinəsinə döyəclədi və stulda oturdu.

Hakimlər məşvərət otağına keçdilər.

Mikheil Javakhishvili muzeyi, Tbilisi
Mikheil Javakhishvili muzeyi, Tbilisi

İki nəfər çadralı “qız” - Zöhrə və Fatma - məhəccərə yaxınlaşdılar, Abdullaya nəsə pıçıldadılar və dişlərini ağartmağa başladılar.

Zöhrənin arxasında göy rəngli boğça vardı. O boğçadan Abdullanın bir yaşlı oğlunun qara başı görünürdü.

O baş meymun kimi üz-gözünü qırcaşdırır, çoşqa kimi ciyildəyir və atasına doğru elə can atırdı ki, az qalırdı boğçadan yerə düşsün. Abdulla oğlunu pişik balası kimi yuxarı qaldırdı, beş-on dəfə bağrına basıb yaladı, oynatdı, güldürdü.

İki qadın və onların yeganəsi çox danışdılar, bir-birlərini güldürdülər, əzizlədilər, ümidvar etdilər və ürək-dirək verdilər.

- Qoçaq olun, qoçaq! Qorxmayın! Bu gün çıxaram. - Qoçaq olun, qorxmayın, elə bu gün - dedi Abdulla sonuncu dəfə və ayağa durdu.

Hakimlər artıq salona daxil oldular. Sədr hökmü uzun zaman oxumaqda idi və hökm belə başa çatırdı:

- Nəzərə alaraq... Bir halda ki... Ona görə ki... Ona görə də Abdulla Kərim oğlu on il müddətinə azadlıqdan məhrum edilsin.

Hakimlər yenidən geri döndülər və çıxıb getdilər. Abdulla çıxanların ardınca donmuş halda baxırdı. Sonra çevrildi, camaata göz gəzdirdi, kinayə ilə gülümsədi və boğuq səslə bıdıldadı:

- Allah, bu nə xəbərdi?! - Allah, bu nə işdi!

Zöhrə qırmızı əlləri ilə dingəli başına çırpdı və zarıdı, Fatma qışqırdı və ərinə doğru yönəldi. Balaca Vəlinin civiltisi bütün salonu başına götürdü, Abdullah isə dana gözlərini mənasızcasına bərəldir və yenə də hakimlərin gözdən itdikləri qapıya doğru zilləyirdi. Andlı iclasçıları qaytara bilmədikdə nəzarətçilərə doğru çevrildi və kinli səslə qışqırdı:

- Vallah bilmuram!.. Billah, ar visi. Yey box, maya net! Yey box! Yey box!

II

Bir saatdan sonra Abdullah iki nəfər gözətçinin müşayiəti altında şəhərin ortası ilə addımlayır, əllərini geniş yelləyir və arabir bıdıldayırdı:

- Allah, bu nə iş idi?

Fatma və Zöhrə onun ardınca gedir və arabir əzizləyici sözlərlə onu sakitləşdirirdilər. Axırda Ortacala təcridxanasma çatdıqda Abdullah geri çevrildi, gözətçilərin əllərindən dartınıb çıxdı, anasım, uşağı və arvadını geniş sinəsinə sıxdı və nəsə bıdıldadı.

Borçalı azərbaycanlısının dili tutulmuşdu, dodaqları titrəyirdi, boynu bükülmüşdü, yekə başını hər iki qadının çiyninə qoymuşdu və öz uşağı kimi ağlayırdı.

Qadınlar da ona sarılmışdılar və şivən qoparırdılar. Qorxmuş gözətçilər məhbusu qadınların əllərindən güclə qoparıb aldılar və böyük tikilinin dəmir ağzına atdılar.

Abdullaya ilk dəfə qadın xisləti üz verdi: ilk dəfə hamının gözləri qarşısında ağladı və ilk dəfə insanlara öz göz yaşlarını göstərdi. Abdulla igid idi, əsl azərbaycanlı igid.

Onun qadın kimi ağlamasını bir kəs görsə idi, bütün Borçalıda adına ləkə gələrdi və dustaqxanada da adı pis çıxardı. Azərbaycanlı isə bilirdi ki, dustaqxanada yaxşı igid adının daha çox ad-sanı vardı, nəinki Borçalıda. Ona görə də dalana qayıtmış dustağı yoxlayanda, o, göz yaşlarını yumruğu ilə quruladı və ürəyini güc-bəla ilə sakitləşdirdi.

Böyük həyətə daxil olanda, ordan-burdan məhbusların qışqırtısı eşidildi:

- Abdul, xoş gəldi! Abdul, necə qurtuldun.

Abdulla qara bığ-saqqalı arasından inci dişlərini ağartdı və sir-sifətinə çarmıxa çəkilmişin acı təbəssümü qondu, sonra hər iki əlini qaldırdı, on barmağının hamısını açdı və acıqlı səslə çığırdı:

- On il! Ati selisadi, ati! Səs-küy o andaca kəsildi və bütün tikili bir dəqiqəliyə lal sükuta qərq oldu.

Abdullanı hamı tanıyırdı və ona on il həbs cəzası kəsiləcəyini gözləmirdilər. Enlilkürəkli azərbaycanlı bu dustaqxanaya ayaq basdığı andan sanki elə həbsxana boyda yükü çiyinlərinə almışdı.

Başını aşağı dikmiş Abdulla həyətin ortasından yarıb keçdi, beşinci mərtəbəyə qalxdı və hündür pəncərənin qarşısında dayandı. Onun karneri burada idi, neftli Samqori çölləri, Soğanlığın ətrafları, Şavnabadın zirvəsi, Mirzəyevin keçmiş bağı və sarayı buradan ovucun içi kimi görünürdü.

Odur, bu da Ortacalanm bağ-bostanları, ilan kimi qıvrılıb axan Kür çayı, uzaqdakı dəmir körpü və Borçalı yolu. Bu yol dustaqxananın yanından keçir və Şavnabadın ətəklərində gözdən itir.

Zöhrə və Fatma bu yoldan gəlib keçməlidirlər. Onlar Sarvana araba ilə qayıtmalıdırlar. Abdulla dəmir barmaqlıqların arxasında yerləşdi və oradaca donub qaldı. Borçalının bir neçə arabası ötüb keçdi. Nəhayət, Abdullanın arabası da göründü. Dustaq özünün qırmızı öküzlərini, ucaboylu nökəri Əli Qurban və səslərini çıxarmayan arvadını və anasım tanıdı.

Araba qustaqxananın qənşərinə çatdı, Zöhrə və Fatma buraya baxırlar. Yəqin Abdullanı axtarırlar, lakin tapa bilmirlər. Dustaq bir qədər də qalxır, dəmir barmaqlıqların arasından əlini çıxarır, alabəzək yaylığını yellədir və var gücü ilə qışqırır:

- Hey, ana-a-a! Fatma-a-a!

Qadınlar arabada qurcalanırlar və vay-şivən qoparırlar:

- Abdulla-a-ah!.. Abdulla-a-ah!

- Salama-a-at! salama-a-at! - Salamat qalın! Salamat qalın! - Dustaq tükürpədici səslə böyürdü.

- Salama-at, Abdulla, salama-at! - Qaynar cavab eşidildi.

Bayırdan gözətçi bağırırdı, lakin Abdulla heç nə eşitmirdi. Yenə də yaylığını yellədir, pəncərələrin dəmir barmaqlıqlarını dartışdırır və qışqırırdı:

- Salama-at, ana! Salama-at, Fatma!

Qəflətən divarın dibindən tüfəng atəşinin səsi eşidildi və güllə tozu azərbaycanlının sir-sifətinə səpələndi.

Təhlükə Abdullahı daha da hirsləndirdi: yenidən hər iki əli ilə pəncərələrin barmaqlıqlarını dartışdırmağa və hiddətlənmş halda atəş açan gözətçiyə qışqırmağa başladı:

- Hey, köpək-oğlu! İt! Donuz! Vur! Yenə at, yenə! Mamasağli! Donuz! At! Yenə at, yenə!

Dustaqlar Abdullanın üstünə cumdular, əllərini güclə dəmir barmaqlıqlardan çəkib qopardılar və pəncərənin qarşısından güc-bəla ilə uzaqlaşdırdılar.

Lakin Abdulla daha pis vəziyyətə düşdü, vəhşiləşdi. Şir kimi qızışdı, yaralı kimi inildədi, zarıdı, böyürdü, dustaqları uşaq kimi o tərəf-bu tərəfə atdı. Ayı kimi pəncərənin rəfinə dırmaşdı və gözətçiyə qışqndı:

- İt! Donuz! Vu-ur!

Gözətçi, bir dəfə də at, yazıq azərbaycanlını öldür! Niyə susmusan?! Özündən çıxmış bədbəxt Abdullaya neyçün baxırsan?! Ağzını açıb neyçün durmusan?! Sənə at deyirəm, onsuz da ölməli olan Abdulla Kərimi öldür, qurtarsın getsin.

- Ana-a-a! Fatma-a-a! Vəli-i-i!

Dustaqlar! Dostlar! “Zmebo daqardaşebo!” Sizə nə olub?! Öz “ioldaşınızın” üstünə nə düşmüşsünüz?! Niyə dartışdınrsımz, niyə əlləşdirirsiniz! Bədbəxt Abdullanın əllərini buraxın!

Abdullanın ailəsinə kim “komaq” edəcək?! Azərbaycanlının yuvası dağılacaq, ev-eşiyi viran olacaq, “kulfati” və mal-qarası tükənəcək! Abdulla Kərim məhv oldu! Onun gəncliyi məhv oldu və onun həyatı da başa çatdı.

Bir dəfə yenə pəncərəyə çıxdı və yola baxdı. Nə Zöhrə, nə Fatma, nə də Vəli görünürdü, araba Gön-Dəri Zavodunun arxasında görünməz olmuşdu.

Dustaq haldan düşmüş bədənini güclə sürüyüb kötük kimi taxtın üstünə atdı və ağız-burnunu alabəzək və islanmış yaylıq ilə tutdu.

III

Abdullanın gələcəyi kimi uzun, qaranlıq və qüssəli günlər - günlərə qovuşurdu, həftələr- həftələrə.

Abdulla dərd-kədərini işləməklə boğurdu: sübh tezdən qaranlıq düşənədək mətbəxdə işləyirdi, odun yarır, ocaq qalayır, ət doğrayır və qazanları sürtürdü.

Axşamlar yatağına tez girirdi, lakin gecə yarıyadək yata bilmirdi: dərindən ah çəkir, ağır-ağır nəfəs alır, rahatlıq bilmədən qurcalanır və bəzən yuxuda qəribə şeylər qışqırırdı.

Danışmağı da azalmışdı, sanki lal olmuşdu. Abdulla yalnız Şakroya inanırdı.

Şakro köhnə dustaq idi. Dustaqxanada doğulmuş, burada da böyümüşdü və yəqin elə burada da öləcəkdi.

Şakro Abdullanın “zma-biçiya, yaxşı vaşkasiya, qoçudu, əsl paşadı, pəhləvandı”. Dustaqlar “ağanın nökərləridirlər”, Şakro ağaya qulluq edirlər, xərac verirlər, hər şeydə ona tabe olurlar və daima ağzına baxırlar.

Abdulla və Şakro çoxdandır ki, “dazmobildnen”. Çox vaxt kənara çəkilir, yaxud bir taxtın üstündə oturur və uzun zaman söhbət edirdilər.

- Zalian mdqiva quli, zmao Şakro - Abdullah şikayətlənirdi. - Vallah, Abdullah təqsirsizdir! Allaha and olsun, doğrudur!

Şakro “qardaş”ının təqsirsiz olduğuna inanırdı və “yoldaşının iztirablarını başa düşürdü, ona görə də onun ürəyini dustaq rəhmdilliyi ilə möhkəmlədir və gələcək azadlıq ilə ümidləndirirdi.

- Abdul, qorxma, iki ildə bayıra çıxacaqsan.

Və ümid-təsəlli pəsdən oxunan bayatı ilə başa çatırdı:

- Ay balam, bala-a-a-am...

Əzizim vay dərdim,

Vay dərmanım, vay dərdi-i-im.

Ellər vay əkdi, gül dərdi,

Mən gül əkdim, vay dərdi-im...Vay dərdim.

Azərbaycanlının mahnısı ağlayır, sızlayır və ümidsiz halda yas tuturdu. Azərbaycanlı bayatını ah-nalə ilə başlayır və zarımaqla başa çatdırırdı.

Bəzən lal-dinməz olur və piyli barmağını oğrusayağı gözlərinə çəkir, bəzən isə hansı odlasa qaynayır və bıdıldayırdı:

- Visi kim məhv etdi, Abdulla isis, isis! Lakin...

Lakin Abdullah hələlik susurdu: qohumu satmaq “sirsxviliya”, ayıbdır. Bu da olmasa, Abdullahın sübutu yoxdur, başqasının cinayətini təsdiq edə bilməz və yalan yerə utanacaqdır. Ona görə də Abdulla susurdu, ona görə də dərdini ürəyində boğurdu və taleyin hökmünü gözləyirdi.

Abdulla taleyinə və onun amansız ədalətinə inanırdı. Allah isə ona inanmırdı. On il həbs cəzası kəsilənədək canamazı - yumşaq xalçanı gündə beş dəfə açır, üzünü Məkkəyə doğru çevirir və namaz qılır, alçaqdan dua edirdi.

İndi isə Allah və Abdulla bir-birinə arxa çevirmişdilər. Allah nə üçün Abdullaya kömək etmədi? Nə üçün güc və ədalət göstərmədi?

Allah “sazğal”, yazıq Abdulladan nə istəyirdi? Sarvanlı azərbaycanlı necə bağışlanmaz günah işləmişdi ki, Allah onu bu qədər qəddarcasına cəzalandırdı?

Yox, nə göydə Allah var, nə də burada hökmü.

Abdullah dərdini yadına salanda və qəlbinin ağrısından Şakroya şikayət edəndə dərindən ah çəkir və hədələyir və özündən çıxaraq belə tamamlayırdı: iri körük kimi qalxıb-enirdi, yumruğu ilə köksünə döyəcləyir, şəhadət barmağım Borçalıya doğru uzadır və ayı kimi donquldanırdı:

- Qurumsaq Mustafa! Qaçaq Mustafa! Daisade... Daisade (bir gözlə) Abdullanı. Abdulla sənin arvad-uşağının qanını içəcək və sənin ətini itlərə yedizdirəcək... Donuz!.. İt!.. Köpəkoğlu!

Abdullaya qara vərəm üstün gəldikcə dustaqlar onun başına fırlanır və onunla üzbəüz söhbətdən də çəkinirdilər. Lakin hamı Abdullanın xasiyyətinə bələd deyildi.

Bəzən dustaqlardan hansısa yersiz qızışır və şənbə günü kimi asılırdı. Abdullah xərdəcəllik etməkdən çəkinirdi.

Öz-özünə deyinir və hər şeyi fəvvarə kimi ürəyinə yığırdı. Lakin bəzən bu fəvvarə birdən fantan vurur, Borçalı azərbaycanlısı qumbara kimi partlayır və ümumiyyətlə dinc, sakit və heç kəslə işi olmayan Abdullanın qarşısını heç kəs ala bilmirdi.

Birdən haradasa ulaşma, xorultu, çığırtı səsi eşidilirdisə, azərbaycanlının sıçrayışı vaşaqın tullanmağına oxşayırdı. Şillə, tappıltı, şappıltı və Abdullanın bağırtısı dolu kimi səslənirdi.

- Hay ananı!..Donuz! İt!.. Köpəkoğlu!

Taxt, stul, qab-qacaq, dişlər və qabırğalar sınırdı. Dustaqlar arı kimi Abdullanın canına daraşırdılar və sinəsindən yaxalanmış qurbanı onun əllərindən qoparmağa çalışırdılar. Abdulla elə bil bu dünyanın adamı deyildi, heç nə görə bilmirdi, dustaqların hay-küyünü də eşitmirdi, nə də dişləməni, dəyən zərbələri və ayağının çıxığını hiss etmirdi.

Yalnız Şakro bilirdi Abdullanı öz adi halına qaytarmaq fəndini, birtəhər ona yanaşır və qulağma pıçıldayırdı:

- Abdul, bəsdir! - Abdul yetər!

Abdulla Şakronun səsini eşidən kimi, dərhal dəmir barmaqlıqları buraxır, bir qədər aralanır və adi halına qayıtmağa başlayırdı. Sonra üzüüstə uzanır və bütün əməllərindən - həm özünün və həm də başqalarının əməllərindən peşman olduğunu bildirirdi.

IV

Abdulla aclıq-susuzluğa tab gətirə bilər, təki ona pəncərənin qarşısında durmağa imkan versinlər. Buradan bütün aləm görünürdü.

Navtluğidən çıxan qatar ilan kimi şütüyürdü. Görəsən hara gedirdi, Bakıya, yoxsa Borçalıya doğru? Bəzən sağa doğru burulurdu, körpünü keçir, Şavnabad qayalığından sanki deşiyə soxulur və elə bil Abdullanın tövşüyən ürəyini və qaynayan ruhunu da özü ilə bərabər çəkib aparırdı.

İki saatdan sonra həmin qatar Algeti keçib gedəcək və Sarvanın yanından ötəcəkdir. Dəmir “şeytanı” bəlkə Zəhra və Fatma da görəcəklər və hansısa ilahi bir gücün vasitəsilə Abdullanın həmin qatarla göndərdiyi salamı da alacaqlar.

Off, nə olaydı indi azərbaycanlı həmin qatarın vaqonlarından birinin qulpundan asılmış olaydı! Candardan yan keçən kimi, Abdulla vaqondan sıçrayıb düşər, qaça-qaça Sarvana girər və öz arvad-uşağını bağrına elə basardı, necə ki, indi dəmir barmaqlığı sıxır və az qalır onu qoparıb, kameradan uzaq qatara uçub getsin.

Allah, Allah! Təkcə Abdullaya hasardan aşmağa imkan ver, yoxsa Sarvana doğru başqa yol da tapa bilər. Odur bax, qara yol da oraya gedir. Odur, borçalıların arabalıları da o tərəfə ləngərlənirlər. Aha, o da marneulilərin arabaları. Odur, candarlıların arabaları da... Abdullah tanıyır, bütün borçalıları tanıyır!.. Ya da Abdullaya qara yol və ya araba nəyə lazımdır. Dustaq təcridxananın yüz addımlığından başlayan Şavnabadm zirvəsinə qalxacaq, sonra Gümüşün gölünə tərəf qaçacaq, oradan Yağlıca otlaqlarını kəsib keçəcək və birbaşa Sarvana girəcəkdir.

Odur, bostanda üç nəfər adam işləyir, zavodun qapıları yanında qızla oğlan aşiq-məşuqluq edirlər. Yolda uşaq qaçır, ardınca it düşmüşdür. Soğanlığa doğru beş qarğa uçur. Ooh, onların hamısı necə sərbəstdirlər!

Bostan işçiləri, qızla oğlan və uşaq, siz necə xoşbəxtsiniz ki, azadsmız!.. Siz, Borçalı arabaçıları, öz elinizə gedirsiniz, yerinizə mən olaydım, bu gecə öz ailələrinizə gedəcək və öz arvad - uşaqlarınıza hədiyyələr də aparacaqsınız. Eeh, quyruqsuz it və ala qarğalar!

Sizə nə var, siz də Abdulladan xoşbəxtsiniz, on dəfə və min dəfə xoşbəxt, çünki ayaqlarınız və qanadlarınız bağlı deyildir və istəsəniz sağa uçarsınız, istəsəniz sola, istəsəniz oxuyar, istəsəniz qırıldaşarsınız, lap başı üstə zillənər və geriyə qalxarsınız.

Abdulla isə...

Abdullaya ürəkdən bir bayatı oxumaq da qadağan olunmuşdur! Və tövşümüş azərbaycanlı elə alçaqdan mızıldayır və zümzümə edir ki, öz qəlbinin ah-naləsini özü belə güclə eşidir:

- Hay balam, bal-a-a-m!

Ellər vay əkdi, gül dərdi,

Mən gül əkdim, vay dər-d-i-i-m!

Vay dərdim...Vay balam, balam...

V

Elə gün olmurdu ki, yüzlərlə dustağın qohumları və dostları dustaqxanaya gəlməyə və dadlı yeməklər gətirməyəydilər. Təkcə Abdullanı Allah da unutmuşdu, qohumları da, dostları da. Abdulla buna görə də dözülməz dərd çəkirdi, lakin heç kəsdən könlü qırıq deyildi, çünki nə Borçalı yaxın idi, nə də borçalıların boş vaxtı var idi ki, Abdullanı görmək üçün üç gün vaxt itirəydilər.

Abdullanın “anası və arvadı” - Zöhrə və Fatma - üç-dörd ayda bir dəfə gəlirdilər. Dəmir barmaqlıqların o tərəf-bu tərəfindən qırxa qədər dustaq və onların qohumları toplaşır və elə bir hay-həşir və səs-küy qaldırırdılar ki, bəzən bir-birilərinin danışıqlarını da başa düşə bilmirdilər.

Azərbaycanlı Zöhrəni və Fatmanı görən kimi dəmir barmaqlığı elə güclə dartıb qoparmağa çalışırdı ki, az qalırdı çərçivələri sındırsın və öz səsindən başqa heç kəsin səsini eşitməyə imkan verməsin. Abdulla barmaqlıqdan güclə qopur və kameraya qayıdanda, gətirilmiş yeməklərdən Şakroya da pay ayırır və yenə də bıdıldayırdı:

- Mənim atımı satıblar... Samosi sxvari qaçaqlar aparıblar.

Yaxud da:

- İki inəyim ölüb. Ailəm əldən gedib, zmao Şakro, “sul savida” — bütünü gedib!”

Bayırda gözəgörünməz əl işləyirdi, şəhərli müsəlmanlar Məhəmmədin qanunlarına sədaqətlə qulluq edirdilər: ianə toplayır və bazar günləri dustaq azərbaycanlılara göndərirdilər, Abdulla öz payından Şakroya da bölür və deyirdi:

- Çame, zmao Şakro, çame. Allah yoxdur, lakin yaxşı insanlar bu qurumsaq dünyada yenə də çox imişlər.

Bir “selisadi” (il) ötüb keçdi. Oktyabrda Abdullanı çağırdılar, min cür şey soruşdular və sonra “qamousxades” ki, Abdullanın məhbusluq müddətini “sami slit şeumsires”, üç il azaldıblar.

Abdullanın “ekvsi selisadisi” qaldı, yalnız altı ili! Altı dəfə qış gəlməli və altı dəfə yaz girməli idi, sonra isə... Soma Abdulla bax bu yola qədəm qoyacaq, Sarvana çatacaq, Mustafanın üstünə düşəcək və...

Abdulla Mustafaya nə deyəcəkdi? Hayıfım necə çıxacaqdı? Yox, Abdulla bunu heç kəsə deməyəcəkdi, heç kəsə - Şakrodan başqa, özünün “zma da qardaşından” savayı.

Qoy Mustafa hələ Yer üzündə gəzsin və “isxovres”. “Ekvsi selisadi” o qədər də çox deyil ki, Abdullah dözə bilməsin. Zərər yoxdur, “qoy qurumsaq Mustafa gözləsin, qoy gözləsin”.

Və elə Abdullanın özü də gözləyir və dözür.

Daha bir uzun və sonugörünməz il də gəlib keçdi. Oktyabrda daha bir dəfə “dauzaxes”, daha bir dəfə “qamousxades” ki, Abdullanın yenə üç ilini azaltdılar, indi onun iki ili qaldı, təkcə iki ili, yalnız iki ili!”

Allah, sən Abdulla Kərim oğluna kömək et.

Budur, altı aydır ki, Abdulla nə öz ailə üzvlərini görüb və nə də onlardan bir xəbər eşidib. Axırda arzu edilən gün bir də gəlib yetişdi: Abdullah məhəccərdən qışqırdı:

- Fatma! Qurban olum sənə! Necəsən ? Qadan alım, sənin! Necəsən, “maralım”- mənim ceyranım, mənim ahum?

Fatma, nə üçün tək gəldin? Zöhrə haradadır? Abdullanın “ana”sı gəlmədi? Necə, nə dedin? Xəstədir? Bəlkə... Fatma, Abdulladan gizlətmə! Düzünü de. Deynən, deməli Zöhrə...

- Allah, Allah! Deməli Zöhrə öldü?..Nə vaxt? Deməli Zöhrə canını Allaha tapşıranda doğrudanmı Abdullanın adını çəkirdi?

Mikheil Javakhishvili muzeyindən
Mikheil Javakhishvili muzeyindən

Allah, indi Abdullanın dağılmış ailəsinə sən kömək et və iki ili dözməyə aman ver, təkcə iki ili!

Sonra sarvanlı azərbaycanlı özü bilir. Fatmaya da və Vəliyə də özü qayğı göstərəcək. Dosta da, düşmənə də cavabı özü verəcək.

- Fatma, qurban olum sənə, Fatma! Abdullah qadanı alsın! İki il sən də döz, yalnız iki il! Döz və sənin qadınlıq namusunu öz Abdullana ləyaqətlə qoru. Nökər Əli Qurban kömək edər. Satılası nə varsa, hamısını sat, təkcə Abdulla Kərimin ailəsini dağıtma və aləmdə başını kəsmə, yoxsa sənsiz Abdullanın sağ başı nəyə gərəkdir!

- Fatma! Ailədə tək durma, Əli Qurban mərd adamdır,.. Abdulla sənin sədaqətinə inanır, ancaq bilirsən ki, kənd şayiə gəzdirəndir. Abdullanın bibisini gətir və o, sənə kömək etsin, həyan olsun.

- Nə dedin, maralım? Artıq gətirmisən? Deməli, birgə yaşayırsınız? Fatma xanım, qoçaq! Sənə qurban olum, Fatma, qurban!

Necə, getmək vaxtı da gəlib çatdı? Gözətçi, “soda” yenə gözlə! Abdulla yetim qalmışdır, Abdullanın anası ölmüşdür, anası! Söhbətlərini hələ başa çatdıra bilməyiblər. Yoluna qoyulası və söhbət ediləsi hələ çox şeyləri var.

- Moisa, kaso, moisade deyirəm mən sənə! Ooh donuz! İt! Köpəkoğli! Fatma, qurban olum sənə! Vəli, salamat qal! Salam-a-at!

Və barmaqlıqdan qoparılmış azərbaycanlı elə səldirləyib büdrəyirdi ki, sanki onun camışa bənzəyən boynuna nəhəng dəmir boyunduruq qoymuşdular.

VI

Doğrudanmı Abdullanın ailəsinin dayaq dirəyi sınmışdı? Doğrudanmı onun ocağına su tökülmüşdü? Abdullanın yuvası doğrudanmı dağılırdı?

Fatma qoçaq qadındır, lakin yenə də qadındır. Bu dünyada şər atan insanlar çoxdur. Yiyəsizlikdən istifadə edər və Abdullanın var-dövlətini hissə-hissə apararlar.

Bax, bu gün Fatma elə bunu demədimi: on qoyun, bir düyə və bir çox xırda-para şeylər yenə itmişdir. İndi Abdullanın nəyi qalmışdır? Bir camışı, iki kalçası, bir inəyi, üç düyəsi, bir eşşəyi və... bitib-tükənməz dərdi. Aydındır, dustağın ailəsində bədbəxtlik məskən salmışdı və Abdulla özü onu qovmasa, ailədən ayağını çəkən deyildi.

- Allah, əgər hardasa varsansa, indi öz gücünü göstər və indi Abdullaya kömək əlini uzat! Allah! Allah!

Vaxt ağır-ağır və iməkləyə-iməkləyə ötüb keçdi, sanki qırxayaq sürünür və azərbaycanlının nəfəsini də qarğın kimi özü ilə aparırdı.

Təcridxananın ətrafları bir dəfə yenə qar örtüyünə büründü və bir dəfə yenə yaşıllaşdı.

Əvvəllər Abdullaya Fatmadan bir-iki ayda heç olmasa bir məktub və üç- dörd ayda özü də gəlirdi şəhərə, indi isə odur altı ay ötüb keçmişdir, lakin onun nə məktubu gəlib, nə də Fatmanın özü.

Nə baş verdi, Fatma-xanım, ay qadın, sən də Zöhrənin ardınca getmədin ki? Bəlkə xəstəsən? Bəlkə kimsə qaçırmışdır? Niyə susmusan və yazıq Abdullaya nə üçün işgəncə verirsən?

Nə baldızı cavab verir, nə də Abdullanın əmisi oğlu Hüseyn.

Abdullanı bir dəfə yenə çağırdılar və bir dəfə yenə “qamousxades”, bir selisadisini azaltdılar”-dedilər.

Zmao Şakro, bir Abdullaya kömək et!

“Şeni çirime, Şakro, yaxşı hesabla, “şeni qardaşın Kərim oğlu buradan nə vaxt gedəcəkdir? Nə dedin? Beş aydan sonra?

- La-İlaha , İllallah! Hökumət, çox sağ ol, çox! Allah sənə yaxşılıq versin Çox minnətdaram, çox! Allah yaxşılıq versin, ay belə hökumət!

Şakro, indi Candar stansiyasının keşikçisi Mixa Kikilaşviliyə bir “serili mistsere”, o da Fatmaya verəcəkdir. Bir halda ki, sarvanlı baldızım Abdullaya cavab “ar azlevs, Mixa Fatmanın yanına gedər, serils saukitxavs da pasuxsats dasers”. Mixa Abdullanın “qonağiya”, onun “zma-biçiya, iaxşi ioldaşiya. Di, otur və belə daisere?

“Fatma, mənim Fatmam! Eksi ay savida və sənin serilin gəlmir, sən özün də gəlmirsən. Fatma, xəstələnmisən, yoxsa Abdullanı daivisxe”? İki məktub yazdım, ancaq cavab yoxdur. Ar visi, ağlayımmı, gülümmü. Sən yadıma düşəndə gözlərim yaşla dolur. Bəlkə Abdullanı unutmusan?

Bəlkə başqa “kişi, başqa ər tapmısan? İndi gülmək də istəyirəm, çünki çox sevinirəm, beşcə ayım qaldı, sonra Sarvana gələr və yenidən həyata başlayaram. Sən də sevinirsən, elə deyilmi? Sevin, Abdulla qadanı alsın, sevin və gül.

Lakin indi ürəyim yenə də çox pisdir. Nə üçün səndən xəbər-ətər gəlmir? Mənim oğlum Vəli necədir? Mənim mal-qaram və ailəm? Fatma, mənim Fatmam! Es serili ki, götürəcəksən, tezcə şəhərə gəl və soda pul da gətir.

Əgər gələ bilməsən, bir “balaca”, kiçik məktubla göndər, yoxsa Abdullan dərddən yata bilmir. Əgər bu iki həftədə sən gələ bilməsən, yaxud bir serili yazmasan, sənin Abdullan dərddən ölər.

Fatma, balaca Vəlini Abdullanın əvəzindən yüz dəfə öp. Aba, salamat ol, Fatmacan! Allah xeyir mokses. Sağlıqla qal, Fatma, salamat qal! Sənin kişin Abdulla Kərim oğlu”.

Abdullah “serili” gözləyirdi. İntizarının iki həftəsi sanki araba ilə gəlirdi və Abdullanın ürəyi də elə bil bu arabanın gözünə pərçimlənmişdi. İki həftənin üstünə iki həftə, də əlavə olundu. Hövsələsi daralmış Abdullah isə nə özünə yer tapa bilirdi, nə də uzanmağa bir künc. Sarvanlı azərbaycanlı dabaq tutmuş mal-qara kimi vurnuxur və əllərini sambayaraq öz-özündən soruşurdu:

- Allah, bu nə xəbərdir? Allah, bu nə əlamətdir?

Nə də Şakronun ürək-dirək verməsi və onun “zma-biçuri sisili” kömək etmirdi.

Abdulla bulud kimi tutulmuşdu və qış gecəsi kimi qaralmışdı.

Şakronun həbs müddəti başa çatdı.

- Salamat qal, qardaşım Abdulla, salamat qal!

- Salamat ol, zmao Şakro, salamat. Sənin ioldaşm və qardaşın Abdullanı unutma.

Şakro Abdullaya öz evinin yerini öyrətdi, ürək-dirək verdi, “zmabiçurad” qucaqladı və getdi.

Elə həmin günlərdə Abdulla təcridxanamn rəisinə dedi:

- Mən də Avçalaya getmək və orada işləmək istəyirəm.

Abdullanın cəmi dörd ayı qalmışdı, ona görə də Abdullanı da bir neçə gündən sonra ZaSES-ə işləməyə göndərdilər.

Mikheil Javakhishvili
Mikheil Javakhishvili

İndi azərbaycanlı sanki azad idi, gəzişirdi və oraları gözdən keçirirdi.

Dustaq fəhlələri yalnız qaranlıq düşəndə sayırdılar, ağac evə doldurur və qapısını bağlayır, o biri günün səhəri yenə də işə buraxırdılar.

Bir gün dustaqları sayan zaman Abdulla Kərimin adını çəkdikdə onun adətən verdiyi cavabı -“aka var”- eşidilmədi. O tərəf-bu tərəfi axtardılar, soruşdular və aydınlaşdırdılar. Abdulla qaçmışdır? Belə dinc, bu cür hörmətli dustaq qaçıb? Özü də nə vaxt? Üç ili başa vurdu və üç ay qalmış qaçdı?

Yenə də soruşdular, axtardılar, kağız yazdılar və sakitləşdilər.

VII

Gecə yarıdan keçmişdi. Qatar Sandar stansiyasına yaxınlaşdı. Ötüb keçən qatardan başı sarıqlı kimsə atıldı və qaranlıqda gözdən itdi. Bir saatdan sonra onun kölgəsi Sarvan kəndinə girdi.

Abdulla ilan kimi sürünürdü. Odur, onun əmisi oğlu Mustafanın evi də.

- Hey, qurumsaq, hey, qaçaq Mustafa! Bu da Hüseynin qara damı. Bu da Abdullanın kiçik bağçası. Yəqin Abdullanın evində hamı yatmışdır. Fatma necə təəccüblənəcək! Vəli necə sevinəcək! Abdullah üç il dul qalmış arvadı Fatmanı necə bağrına basacaq!

Tələs, Abdulla, tələs! Alçaq çəpərdən bəbir kimi sıçra, viranə qalmış bağçanı qaça-qaça keç, mal pəyəsinin yanından öt və...

Allah, böyük Allah! Qadir Allah! Bu nə işdir?! Bu nə görkəmdir!

Daşla və əhənglə hörülmüş kiçik tikilinin nə örtüyü vardı, nə eyvanı, nə qapıları və nə də çərçivələri. Divarlar da uçmuşdu. Qaranlıq gecədə yalnız buxarı görünürdü - necə ki, yoğun və qarsalanmış sütun kimi. Toyuq hini də görünmürdü, nə də taxıl anbarı gözə dəyirdi, ot mərəyi də gözə çarpmırdı. Yalnız mal tövləsi qalmışdı, o da yalnız ona görə ki, qonşular qurumuş şax-budaqları aparmağa ərinmişdilər.

Abdulla dağılmış yuvasının ətrafına səldirləyə-səldirləyə fırlandı, sonra uçmuş çəpəri adladı və Hüseynin torpaq damına yaxınlaşdı:

- Söyün, bayıra çıx. Sus... Bağırma. Alçaqdan danış... Abdulla çağırır, Abdulla, tanımadın? Abdulla Kərimdir, sənin əmin oğlu.

- Hardan peyda oldun, Abdulla?

- Nə vaxtın boş söhbətidir! De, Söyün, tez söylə, Abdullaya danış, onun ailəsinə nə baş verib? Onun ev-eşiyi niyə dağılıb? Fatma və Vəli haradadırlar?

Hüseyn dili dolaşa-dolaşa danışırdı, sözləri seçirdi və güclə tapırdı.

- Dayan, nəfəsimi dərim və deyəcəyəm.

İndi qulaq as, Abdulla: yazıq Zöhrə ki, öldü, Fatma təpə-tək qaldı. Fatmanın qohumu dul arvad ona kömək edirdi, lakin o da tezliklə yenidən Arıxlıya qayıtdı. Sonra...

- Qorxma, Abdulla. Dayan, əlimi burax... Sənə nə olub?

- Tez de, tez! Tez ol, tez!

- Sonra kənddə şayiə yayıldı ki, guya sənin nökərin Əli Qurban və Fatma...

- Hə, səsini çıxart! Məni incitmə!

- Guya onlar ər-arvad olmuşlar.

- Vay mənim başıma!

- Şayiə doğru çıxdı...Fatma hamilə oldu.

- Allah!

- Fatmanın oğlu oldu... Sənə nə oldu, Abdulla? Əlimi burax deyirəm sənə.

- Qadir Allah! Danış, başa çatdır!

- Sənin məktubun ki, gəldi və sənin tezliklə “qaladan” çıxacağını biləndə, Fatma malları satdı və yoxa çıxdı. Deyirlər ki, Əli Qurban Qazağa aparmışdır... Abdulla, ürəyini bərkit! Yaxşı kişisən və qalmaqal salma. Bir-iki ildə belini düzəldərsən və bir gözəl “qız” yenə taparsan.

Abdulla nə dedi? Kəndir?

- Kəndiri neynəyirsən, Abdulla?.. Necə? Çox yaxşı, Söyünün kəndiri vardır, elə indicə gətirərəm... Ancaq...

Yenə də, kəndir Abdullanın nəyinə gərəkdir?

- Abdulla, bu vaxt hara gedirsən? Söyünün evinə gir, yat və səhər tezdən...

- Tez ol, kəndiri gətir, deyirəm sənə!

Beş dəqiqədən sonra kəndiri çiyninə aşırdı və əmisi oğluna dedi:

- Salamat qal, Söyün.

Artıq heç nə demədi və sürətli addımlarla gecənin qaranlığına qarışdı.

Bir azdan sonra Mustafanın torpaq qazmasının damında kölgə tərpənməyə başladı.

O kölgə kəndiri damın dirəyinə bağladı, o biri ucunu çıraq yerinə salladı və köstəbək kimi içəriyə endi.

Azacıq vaxt keçdi. O torpaq evdən əvvəlcə uzun sürən bıdıltı, hədə və “Allah” nidası eşidilirdi. Sonra işıq düşən yerdən qadınların, uşaqların və Mustafanın ümidsiz bağırtıları, ulaşması və xırıltısı eşidilməyə başladı.

Səs-küy kəsildikdən sonra o torpaq daxmadan Mustafanın mal pəyəsinə bir kölgə soxuldu, iki dəqiqədən sonra pəyədən yəhərsiz at qasırğa kimi çıxdı və kölgə - atlı Sandara doğru çapırdı.

Mustafanın dəhlizindən kəndə qoca qadının boğuq səsi yayılırdı. Sonra kənddə səs-küy qopdu. Ordan-burdan çıraqla tökülüşüb gəldilər, hər şeyi öyrəndilər və vay-şivən və ağlaşma qurdular, lakin atın tarap-turappı artıq eşidilmirdi və kölgə də haradasa çox uzaqda gözdən itmişdi.

VIII

Qana qəltan olmuş azərbaycanlı köpüklənmiş atla Ortacala təcridxanasına yaxınlaşanda Günəş artıq doğmuşdu.

- Hey, zmobilo, qapını aç!

Qaçış, gediş-gəliş, səs-küy və telefonun zəngi bir-birinə qarışdı.

Belə güclə və belə tezdən dəmir qapını döyəcləyən və içəri buraxılmasını təkidlə tələb edən görəsən kimdir?

- Abdullayam, Abdulla Kərim, sizin sinandeli dustaq, Zemo Avcaladan qaçan. Qapını açın, niyə gözlədirsiniz, bu nə haldır?

Abdullahın prokurordan kağızı vardırmı?

- Nə kağız! Nə vaxtın kağızıdır! Abdullah xutu qasi mohkla, xuti!

Abdullah birbaş Borçalıdan gəlir. Budur, sənədim də var: Abdulla qana qərq olmuşdur. Qadınların və uşaqların qanma! Aha, baxın! Yoxlayın! Əmin olun!

- Qapım aç, zmobilo, sənə deyirəm, aç, yoxsa saval və sonra məni axtarın, görüm hardan tapacaqsınız.

Şəhərdən ittihamçı və müstəntiq gəlməmiş Abdullanı “çemi sixeşi” buraxmadılar. Dindirilmə və protokol tərtib etmək iki saat çəkdi. Sonra qana bələnmiş azərbaycanlı həyətə keçdi və bir yerə toplaşmış dustaqları çağırdı:

- Qamarjoba, ioldaşlar! Qamarcoba, yoldaşlar, zmebo! Bax, sizin Abdullah qayıtdı. İndi Abdulla Kərim oğlu qaçaqdır. Böyük qaçaq! Beş adam öldürdüm, xuti.! Və azərbaycanlı qana bulaşmış beş barmağını qırmızı şam kimi yellətdi. - Erti qasi Mustafa movqali, onun göyçək arvadı Zeynəbi, onun anasını və iki “balaca” oğlunu, sul xuti qasi, xuti!

Deyəcəklərini xırıltı ilə dedi, başını aşağı saldı və özünün əvvəlki kamerasına doğru addımladı.

Bir neçə aydan sonra Abdulla yenə həmin salonda idi, üç il bundan əvvəl ona “ati selisadi təyin olunmuş” salonda.

Böyük otaq yenə də adamlarla dolu idi, lakin küncdə nə mərhum Zöhrə görünürdü, nə də alagözlü Fatma salonu işıqlandırırdı. İndi Abdulla Kərim tək idi, təpə-tək. Yalnız “zmobili” Şakro onu yada salmış və gəlmişdi, uzaqdan baş barmağını göstərir və ona ürək-dirək verirdi.

Hakimlər yenə də həmin otaqdan çıxdılar və yenə də həmin mizin arxasında əyləşdilər.

- Abdulla Kərim, sizin hadisəni söyləyin.

Abdullah ayağa durdu və barmaqlığa söykəndi. Əvvəlcə uzaqdan başladı, sonra üç ilin əziyyətini sadə dillə təsvir etdi və axırda sonuncu hadisəni söyləməyə başladı:

- Mən Avcalada işləyirdim. Qaçmaq istəmirdim, Vallah, istəmirdim. Üç ayım qalmışdı, şəhərdə bir qardaşlığım vardı, - və Şakro tərəfə baxdı. - Bir dəfə o qardaş mənə ismarıc göndərdi ki, zma Abdulla, kənddə sənin işlərin zalian sudad aris, ürəyim dözmədi, dedim ki, saval, xəbər öyrənərəm və elə o biri gün qayıdaram. Savedi, ancaq... Allah, sən bilirsən Abdullahın ürəyinin ağrısını. Nə ev, nə arvadım, nə uşağım qalmayıb. Arvadım Fatmanı və oğlum Vəlini mənim nökərim Əli Qurban qaçırıb və Qazağa aparıb. Bir az malım qalmışdı, zroxa da qameçi, satıblar və aparıblar. Evimi də qonşular dağıdıblar. Abdullaya isə qara buxarı, bir az daş və çoxlu gözyaşı qoyublar. Abdulla məhv olub, mənim ailəm dağılıb! Sonra dedim ki, Abdullah, neynəyirsən belə həyatı? İndi kimin üçün yaşamalısan? Ürəyini kimin üçün üzməlisən? Sonra dedim ki, Abdulla Kərim! Sənin arvad-uşağını kim məhv etdi? Ailəni kim dağıtdı? Dustaqxanaya kim göndərdi? Sənin əmin oğlu Mustafa, Mustafa Xəlil oğlu! Dedim və savedi. Abdulla Kərim, Hüseyndən ailənin başına gələnləri öyrənənədək ürəyində Mustafanı öldürmək istəyi var idimi?

- Allaha and olsun ki, yox! Vallah istəmirdim!

- Davam edin.

- Necə getdim - bilmirəm. Kəndir götürdüm və bacadan düşdüm. Mustafa

bərk yatmışdı. Zeynəb oyandı və çırağı yandırdı. Dedim: Zeynəb, əgər çığırsan, Mustafanı öldürəcəyəm. Sonra Mustafanı oyatdım, xəncəri ürəyinə dirədim və dedim: Müstafa, de görüm, uruslardan mallarını necə aldın və sənin əvəzinə Abdullam sixeyə necə göndərdin? Mustafa dedi: Abdulla, sənin cöngəni biz oğurladıq və səni qəsdən axtarmağa göndərdik.

- Biz deyə, kimlər? Mustafadan başqa kimlər imişlər?

- Ar visi, Mustafa demədi.

- Davam edin.

- Mustafa dedi: biz bilirdik ki, Abdulla öz cöngəsini axtarmağa gedəcəkdi. Sonra biz atlara minib Marneuliyə doğru getdik. Yağışlı gecə idi. Milis izi təqib edib bizi tapardı, ona görə də mən izi itirdim, sənin evinə gətirib çıxardım, oraya bir az oğurluq mal da qoyduq və getdik.

- O ruslar nəyə görə sənin üzünə durdular?

- Ona görə ki, mən və Mustafa əmi uşaqları idik, bir-birimizə elə oxşayırıq ki, sanki bir almanı yarıya bölüblər. Bəzən kənddə məni Mustafa deyə çağırırdılar, Mustafanı isə Abdulla.

- Sonra, sonra?

- Abdullanın gözlərinə qan doldu. Zöhrə yadıma qüşdü...Cemi sosxali deda. Hirsindən öldü... Oğlum Vəli yadıma düşdü... Arvadım Fatma-qız və xəncəri Mustafanın boğazına çəkdim.

- Sonra nə oldu?

- Sonra... Ar visi, yadımda deyil.

- Mustafanın anasını necə öldürdün?

- Ar visi, Allaha and olsun, ar visi.

- Mustafanın arvadını?

- Ar visi...Vallah , yadımda deyil! — Azərbaycanlı səsini qaldırdı.

- Uşaqları? Nəyə görə heç olmasa uşaqlara yazığın gəlmədi?

- Sizə deyirəm ki, ar visi...Vallah, yadıma düşmür... Heç nə yadıma düşmür... Allaha and olsun, yadıma düşmür, - Azərbaycanlı hirsindən bağırdı.

- Şahidi çağırın.

Mustafanın evində bir qoca qadın qohumu vardı. O qadın qaranlıq bir küncdə uzanmışdı və ona görə xilas olmuşdu ki, Abdullanın onun burada olduğundan xəbər tutmamışdı.

İndi isə yadına düşdü: Abdulla Sarvandan atla tərpənəndə, hansısa qadın tükürpədici vay-şivənlə bütün kəndi oyatdı, indi bu qoca qarı Abdullanın söylədiklərini də, Mustafanın dediklərini də təsdiqlədi.

- Abdulla Kərim oğlu! Son sözünüzü deyin.

- Yoldaşlar! Hakimlər! Bax, indi Abdullah nə deməlidir? Öz başına gələnləri söylədi və səmimi qəlblə hər şeyi boynuna aldı - ürəyini açdı. Siz indi hər şeyi eşitdiniz və gördünüz. Abdullanın gizli heç nəyi yoxdur, indi isə...

- İndi öz işinizi özünüz bilirsiniz. Ancaq bir barakas momesit: Abdullanın həyatı bitmişdir. Mən yaşamaq istəmirəm. Ya suya atın, ya tüfəng atın, ya da ağacdan asın. Vallah, sixe sudan pisdir. Allaha and olsun, ondansa yenə güllə yaxşıdır! Yoldaşlar, qardaşlar.., Zmebo... Amxanaqebo! Me sixe ağar minda. Allaha and olsun, ağar şemizlian.

Və borçalılı azərbaycanlı bir daha utandı: barmaqlığa söykəndi, dərindən nəfəs aldı və kəsilməya aparılan öküz kimi böyürdü:

- Qala istəmirəm, sizə deyirəm ki, istəmirəm!

Yenə də üç il bundan əvvəl edilmiş hərəkət təkrar olundu: hakimlər getdilər. İndi sarvanlı azərbaycanlı təp-təkcə oturmuşdu. Nə ondakı kimi anası ah-uf ed-irdi, nə arvadı ağ dişləri ilə gülümsəyirdi, nə də oğlu totuq barmaqları ilə ona doğru dartınırdı.

Bir saatdan sonra hakimlər yenə də həmin qapıda göründülər. Sədr əvvəlki kimi uzun hökmü oxudu:

- Ona görə ki... Bir halda ki... Abdulla Kərim oğlu on il müddətinə azadlıqdan məhrum edilsin. Lakin, ona görə ki..., bir halda ki.., və bunları nəzərə alaraq bu qərara gəlir ki, cəza şərti cəza hesab olunsun.

Abdulla yalnız “ati dzelidzadi” sözlərini başa düşdü; səntirlədi, əllərini yellətdi və boğazı kəsilmiş kimi xırıldadı:

- Allah, bu nə xəbərdi?.. Yoldaşlar, bu nə işdi?

- Abdulla Kərim oğlu, azadsınız, get və namusla yaşa.

Bu şimşəyə “ati dzelidzadiyə” - ikinci əlavə olundu: “get və namusla yaşa”. Abdullanın dizləri büküldü.

Bu yoldaş hakim nə dedi? Abdulla azaddır? Abdulla savides? Bəs... Bəs qala olmayacaq?

- Abdulla, bu gün mənim qonağımsan - Şakro qardaşı dedi.

- La -İlaha İl-Lallah!

Abdulla xoş hisslər şimşəyinə dözə bilmədi və boğulmağını qəhqəhə əvəz etdi. Sonra uzun qollarını qanad kimi açdı və ayı kimi donquldadı:

- Yoldaşl-ar! Qardaşl-ar! Zmebo!.. Amxanaqebo! Abdulla sosxaliya... Abdulla təqsirsizdir, Abdulla doğru kişidir! İoldaşlar! Qardaşlar! Minnətdaram, çox minnətdaram! Çox sağ olun, çox! Salamat qalın, qardaşlar, salamat!

Sağlıqla qal və salamat ol, doğru Abdulla!

1925-ci il.

Tərcümə: Emin Mahmudov

XS
SM
MD
LG