Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:35

Deyirəm ki, ay sizi...


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

- Hədiyyə Şəfaqət

Şeirlər

-1-

...Yolçu Adam

Bir axşam qaranlığında yolunu itirdi

Və yorulmuşdu da,

Uzandı qurumuş otların üstündə

Səfər çantasını başının altına qoyaraq...

Bir az keçmiş

Ay doğdu dağların zirvəsindən, bədirlənmiş Ay,

Yolçu Adam

Bir ona, bir süd kimi ətrafını sarmalayan işığa baxdı...

Ayağa qalxdı...

"Ey,

Mənə yoldaş olursanmı bu gecə?"

Cavab gəlmədi...

"Ey,

Bir şey de"-səsləndi

Aya doğru daha bir neçə addım ataraq...

Göylər susurdu...

"Ey....

Ey....

Ey..."-qayalara dəyib əks-səda verdi yolçu Adamın səsi...

...Ay işığında

Yarpaqları işım-işım yanırdı çay quanqının...

Oturdu və kürəyini gövdəsinə sıxdı...

"Bu nədir?

Etdiyim bir dəlilikdir"...

...Ay yüksəldikcə

Yumulub

Yuxuya getdi

Yolçu Adamın

Və quanq ağacının kölgəsi...

-2-

...Başlamadan yağışlar...

Yayılmadan ağ duman...

Yenə dinləməkdəyəm saralmış çöllərdəki

Günəş şəfəqlərinin

Torpağa hopmasını...

Küləyin toxunduğu kolların, tikanların

Şərqi oxumasını

Səsinə bir kədərli hekayət qata-qata...

Daladıqca otların qurumuş yarpaqları

Yalın ayaqlarımı

İncitdikcə bir azca

Deyirəm ki, ay sizi,

Balaca qisasçılar,

Sizi mən öldürmədim...

Və heç ölməmisiniz...

...Payız çiçəkləridir üzümdəki gülüşlər...

Saralmış çöllərdəki otların arasından

Birgə gülümsəyirik

Günəşə və həyata...

-3-

Bəzən

Çiçək dərməyə yollarsan

Ya da xoşbəxtlik gətirməyə...

Bir də baxarsan ki, titrək-titrək açıb gəlir qapını

Üzüntüsü damar-damar üzünə çıxıb,

Dişini-dişinə sıxıb

Ağlamasın deyə əllərin...

Və sən pəncərəyə tərəf sıxılarsan

Baxarsan küçəyə səpələnən həyata

Çərçivəyə söykənib...

İndi sən bilirsən

Onlar-əllərin günahkar deyil...

Sənə açılan çiçəklərin fəsli keçib...

Sənə veriləcək xoşbəxtlik tükənib...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG