Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:13

Moldovada çadırlar qurulub


Moldovada etiraz

-

Moldova paytaxtı Kişinauda kütləvi etiraz aksiyasının iştirakçıları şəhərdə çadırlar qurub. Onlar tələbləri yerinə yetirilməyənədək dağılışmayacaqlarını deyirlər.

Sentyabrın 6-da etirazçılara on minlərlə adam qoşulub. Etirazçılar prezident Nicolae Timofti-nin istefasını, erkən seçkilər keçirilməsini tələb edirlər. 1 milyard dollarlıq bank fırıldağına görə mərkəzi bankın və baş prokurorluq rəsmilərinin istefası tələb olunur.

Polis hökumət binası qarşısındakı 6 saatlıq etiraza 60 min adamın qatıldığını bildirir. Aksiya bitdikdən sonra təşkilatçılar meydanda 30 çadır quraşdırıb.

Ötən ilin noyabrında keçirilən parlament seçkisindən az öncə ölkənin 3 bankından 1 milyard dollar yoxa çıxıb. Bu, ölkə ÜDM-sinin səkkizdə birinə bərabərdir.

XS
SM
MD
LG