Keçid linkləri

2026, 07 Yanvar, çərşənbə, Bakı vaxtı 10:45

ABŞ neft şirkətlərinin səhmləri yüksəlib


Venesuelanın Zuliya əyalətindəki Marakaybo gölündə neft platformaları
Venesuelanın Zuliya əyalətindəki Marakaybo gölündə neft platformaları

Yanvarın 5-də ABŞ neft şirkətlərinin səhmləri kəskin artıb. Buna prezident Donald Trampın Venesuela prezidentinin həbsindən sonra ABŞ-nin Cənubi Amerika ölkəsinə nəzarəti ələ alacağını deməsi səbəb olub. Bu halda ABŞ şirkətləri Venesuelanın nəhəng neft ehtiyatlarına çıxış əldə edə bilərlər.

Dünyanın ən böyük neft ehtiyatları Venesuelada yerləşir. Amma son illər hasilat kəskin azalıb. İdarəetmədə problemlər, neft sənayesinin milliləşdirilməsindən sonra xarici investisiyaların məhdudlaşması və sanksiyalar öz sözünü deyib.

"Biz ABŞ-nin ən böyük neft şirkətlərini oraya göndərəcəyik. Onlar milyardlarla dollar xərcləyəcək, sıradan çıxmış infrastrukturu, neft infrastrukturunu bərpa edəcək, ölkəyə gəlir gətirəcək", – Tramp yanvarın 3-də ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronu Karakasda ələ keçirəndən sonra deyib.

Hazırda Venesuelanın neft yataqlarında ABŞ-nin "Chevron" şirkəti fəaliyyət göstərir. Onun səhmləri 7.3 faiz artıb. "Phillips" 66, "Marathon Petroleum", "Valero Energy" və "PBF Energy" emal şirkətlərinin səhmləri isə 5-16 faiz yüksəlib.

Tramp Venesuela neftinin ixracına embarqonun, hələlik, tam qüvvədə qaldığını bildirib.

Venesuela xam nefti ağır və yüksək kükürd tərkibli neftdir. Bu baxımdan dizel və daha ağır yanacaq növləri üçün daha uyğundur.

ABŞ-nin əməliyyatı Venesuelada 2007-ci ildə mərhum lider Uqo Çaves hakimiyyəti dövründə müsadirə olunmuş aktivlərin qaytarılmasına da yol aça bilər. Bunu isə "J.P. Morgan" təhlilçiləri bildiriblər.

1970-ci illərdə dünyada neft hasilatının 7 faizindən çoxu Venesuelanın payına düşürdü.

Ötən il bu göstərici təxminən 1 faiz olub.

2026-ci ildə neftin ucuzlaşacağı proqnozlaşdırılır
Gözlə

No media source currently available

0:00 0:06:23 0:00

Neft ucuzlaşır

Yanvarın 5-də dünya bazarlarında neft ucuzlaşıb. Bu, həftəsonu Venesuelada baş verən dramatik hadisələrdən sonra gözlənilən sayılırdı.

Mart ayı üçün "Brent" xam neftinin bir bareli 60.33 dollardan satılıb. (-0.69 faiz)

Nyu-Yorkdakı NYMEX birjasında "Qərbi Texas" (WTI) xam neftinin fevral füçerslərinin qiyməti 0.30 dollar (- 0.52 faiz) ucuzlaşıb, 57.02 dollara ticarət olunub.

Yanvarın 3-də ABŞ Venesuela prezidenti Nikolas Maduronu ələ keçirib. ABŞ prezidenti Donald Tramp bu ölkənin müvəqqəti Amerikanın nəzarətində olacağını deyib, Venesuela əməkdaşlıq etməsə, daha bir zərbəni istisna etməyib. O, Kolumbiya və Meksikanı da hərbi tədbirlə hədələyib.

Amma "Reuters"ə danışan iqtisadçılar Venesuelada baş verənlərin yaxın perspektivdə qlobal iqtisadiyyatda əhəmiyyəti dəyişiklik yaratmayacağını deyiblər. "Amma bunun siyasi və coğrafi təsirləri əks-səda doğuracaq", – "Capital Economics"in baş iqtisadçısı Nil Şirinq deyib.

"Tramp administrasiyasının İran kimi ölkələrdə daha çox rejim dəyişikliyində maraqlı olub-olmayacağını görmək lazımdır", – bunu isə Sinqapurda OCBC bankının investisiya strategiyası üzrə idarəedici direktoru Vasu Menon bildirib.

XS
SM
MD
LG