-
Avqustun 4-də bütün ölkə ərazisində quru isti hava şəraiti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gündüz 33-38, bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.
Yüksək rütubət istinin daha çox hiss olunmasına səbəb olacaq.
Ölkənin regionlarında da isti olacaq. Ən çox istilər Naxçıvanda və aran rayonlarında olacaq - +43 dərəcəyə qədər.
Böyük Qafqazın dağətəyi rayonlarında isə qısamüddətli yağışlar gözlənilir.
Şərhlər (1)
Daha çox şərh göstər