Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:13

Tunisdə kiçik çavuş 7 əsgər yoldaşını güllələyib


Foto arxiv

Tunisdə kiçik çavuş atəş açaraq 7 əsgər yoldaşını qətlə yetirib və sonda özünü də öldürüb.

Bu barədə Tunisin müdafiə nazirliyi məlumat verir.Nazirliyin sözçüsü Belhassen Oueslati mətbuat konfransında insidentin mayın 25-də baş verdiyini və əsgərin psixoloji problemi olduğunu bildirib.

Bundan başqa 10 əsgərin yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

İnsidentin səbəbi hələlik dəqiq bəlli deyil.

Həmin kazarma martın 18-də terror aktı törədilmiş Bardo milli muzeyinin yaxınlığında yerləşir.

Həmin terror aktında 22 nəfər ölmüşdü.

XS
SM
MD
LG