Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 14:15

Ukrayna sərhəddinə doğru hərbi maşın karvanı hərəkət edir


Foto arxiv

Rostov vilayəti, Ukrayna sərhəddinin yaxınlığında Rusiyaya məxsus hərbi karvan, xüsusilə də “Uraqan” raket sistemi müşahidə olunur.

Karvanın fotolarını Reuters agentliyi yayıb.

Məlumata görə nömrəsiz hərbi maşınlardan ibarət karvan mayın 24-də Matveev Kurqan şəhərinə, ordan isə Ukrayna sərhəddinə doğru hərəkət edib.

Rusiyapərəst separatçılar bazar günü Donetsk vilayətindəki Şirokino kəndi istiqamətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.

Bir neçə saat davam edən döyüşdə 1 Ukrayna əsgəri həlak olub, 2-si isə yaqralanıb.

Ukrayna ordusunun məlumatına görə separatçılar sutka ərzində atəşkəs rejimini 16 dəfə pozublar.

Öz növbəsində separatçılar mövqelərinin 43 dəfə atəşə tutulduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG