Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 03:18

Gürcüstan şahmatçısı ayaqyolunda gedişlərini yoxladığına görə yarışdan çıxarılıb


Foto arxiv

Şahmat üzrə Gürcüstan çümpionu Gaioz Nigalidze Dubayda keçirilən açıq şahmat turnirindən gənarlaşdırılıb.

Buna səbəb onun ayaqyoluna girərək mobil telefonla gedişlərini yoxlaması olub.

Onun ermənistanlı rəqibi Tigran Petrosian turnirin 6-cı raundunda şübhələndiyinə görə şikayət verib.

Məlum olub ki, 2 dəfə Gürcüstan çempionu olan Nigalidze oyun vaxtı ayaqyoluna gedərək, tualet kağızında gizlətdiyi mobil telefonla gedişlərini yoxlayırmış.

Baş hakim Abdul Rahim bu barədə Beynəlxalq Şahmat Federasiyasına məlumat verib.

Əgər günahkar bilinsə Nigalidze bütün rəsmi yarışlardan 3 il, təkrar olunacağı halda isə 15 ilədək kənarlaşdırılacaq.

XS
SM
MD
LG