Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:25

Milli Teatr Günü qeyd olunur


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

-

1873-cü ildə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda M. F.Axundzadənin «Lənkəran xanının vəziri» komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoydu.

Teatrın ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərlərində, Tbilisi və Yerevanda da teatr tamaşaları təşkil edirdilər.

1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulandan sonra teatr sənətinin inkişafında da mühüm işlər həyata keçirildi.

Cümhuriyyət hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrı yaratdı.

1919-cu il oktyabrın 24-də bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.

İndi ölkədə 26 dövlət teatrı fəaliyyət göstərir.

Bu gün saat 19-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin növbəti «Zirvə» mükafatının təqdimolunma mərasimi keçiriləcək.

Milli Teatr Günü ölkə prezidentinin 1 mart 2013-cü il tarixli 2756 nömrəli Sərəncamına əsasən rəsmi şəkildə qeyd olunur.

XS
SM
MD
LG