Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Gəncə sahibkarları müqavilələrə yenidən baxılmasını istəyirlər


Qaz, işıq, su təsərrüfatları təbii inhisarçı olduğundan alıcıların hüquqlarına etinasız yanaşırlar
Qaz, işıq, su təsərrüfatları təbii inhisarçı olduğundan alıcıların hüquqlarına etinasız yanaşırlar
Gəncədə fəaliyyət göstərən 20-yə yaxın sahibkar qaz, işıq, su xidməti üçün bağlanan müqavilədə birtərəfli şərtlər irəli sürülməsindən narazıdırlar. Onlar kömək üçün Gəncə Sahibkarlar Assosiasiyasına müraciət ediblər. Assosiasiyanın rəhbəri Samir Heydərlinin sözlərinə görə, iş adamları kommunal xidmət göstərən qurumlarla bağlanan müqavilələrə yenidən baxılmasını istəyirlər. Cənab Heydərli deyir ki, bəzən elektrik enerjisi, qaz və su idarəsinin xidməti fəaliyyətində baş verən nöqsanlar sahibkara ciddi ziyan vurur və onlar əlavə xərcə düşürlər. Amma bir abonent kimi heç bir hüquqları olmadığından maddi təzminat tələb edə bilmirlər.


«Nazirlər Kabinetinin standart xidmət qaydası var və biz də xidmətimizi bu qaydalar üzrə tənzimləyirik. Bir də ki, quraşdırdığımız sayğaclarda avtomat qoyulub, əgər elektrik güclü gələrsə, onda avtomat atır və enerjini dayandırır. Bizdə xəta yoxdur»
Samir Heydərli bildirir ki, istər «Azərenerji», istərsə də «Azəriqaz» abonentlərə vahid müqavilə forması və şərtləri tətbiq edir və bu müqavilələrdə də yalnız özlərinin huquq və öhdəlikləri nəzərdə tutulur. Sahibkarın bu qurumların şərtləri altında müqavilə imzalamaqdan başqa çıxış yolu olmadığını deyən cənab Heydərlinin sözlərinə görə, abonent kommunal xidmətin pulunu vaxtında ödəməsə, məsələn, işığı kəsilir, amma digər hər hansı səbəbdən elektrik enerjisi dayandırılırsa, müqavilədə isə bu nəzərdə tutulmadığı üçün qarşı tərəf sahibkara vurduğu ziyanı ödəməkdən yaxa qurtarır: «Biz istəyirik ki, müqavilədə normal alıcı-satıcı şərtləri tətbiq edilsin».

Gəncə Sahibkarlar Assosiasiyası yaranmış narazılıqla bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciət edib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, onlar hazırda bu məsələni araşdırırlar və yaxın günlərdə açıqlama veriləcək. Gəncə Elektrik Şəbəkəsinin hüquqşünası Məhərrəm Dəryagir isə yerli sahibkarların narazılığından xəbərsizdir. O, deyir ki, əgər abonent müqavilənin hər hansı şərtindən razı deyilsə, onlara müraciət etsin. Ancaq hüquqşünas hesab edir ki, elektrik enerjisinin ötürülməsində şirkətin səhvi ucbatından fasilə yaranması ehtimalı sıfıra bərabərdi, ona görə də müqavilədə bu ehtimal nəzərə alınmayıb: «Nazirlər Kabinetinin standart xidmət qaydası var və biz də xidmətimizi bu qaydalar üzrə tənzimləyirik. Bir də ki, quraşdırdığımız sayğaclarda avtomat qoyulub, əgər elektrik güclü gələrsə, onda avtomat atır və enerjini dayandırır. Bizdə xəta yoxdur».


Müvafiq qanunvericilikdə alıcı-satıcı huquqlarının öz əksini tapdığını deyən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehtiyevin fikrincəsə, qaz, işıq, su təsərrüfatları təbii inhisarçı olduğundan alıcıların hüquqlarına etinasız yanaşırlar: «Əslində, sahibkarlar bu cür birtəfərli müqavilələri bağlamaqdan imtina etməlidirlər və məhkəməyə müraciət etməlidirlər».


Gəncə Sahibkarlar Assosiasiyasının rəhbəri Samir Heydərli isə deyir ki, məhkəmə həm uzun proses olduğu, həm də iş adamları konfliktdən çəkindikləri üçün bu problemi hökumətin yoluna qoymasını istəyirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG