Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:02

Gəncə tədqiqatçıları Şəmkir qalasını öyrənəcəklər


Oktyabrın 10-da Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Şəmkir qalasında arxeoloji tədqiqat aparılacaq. Qoruğun rəhbəri Səyyaf Paşayevin «Azadlıq» radiosuna dediyinə görə, onlar 1500 illik tarixi olan qala ilə X əsrdə tikilən Gəncə qalası arasında oxşar ornamentləri araşdıracaqlar: «Biz güman edirik ki, X əsrdə Gəncə qalasını tikən memar Şəmkir qalasında da genişləndirmə işləri aparıb».


Səyyaf Paşayev hesab edir ki, qədim Şəmkir qalası bir tarixi abidə kimi tam öyrənilməyib. Cənab Paşayev deyir ki, onlar ölkədəki bir çox qalaların tədqiqini aparırlar, sonda isə toplanan məlumatların müqayisəli təhlil edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG