Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 10:10

AzadliqLive - 20 fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...

AzadliqLive fevralın 20-də, aşağıdakı mövzuları müzakirə edir.

AzadlıqLive-ı BURADA DİNLƏ

- Həbsxanada ana olan Lamiyə Quliyeva azadlığa buraxıldı​.

- Ciril GaburicininAzərcell rəhbərindən Moldova baş nazirliyinə qədər keçdiyi yol.

- Elnur Hüseynovun qələbəsi haqda Türkiyə mətbuatı nə yazır?

- Bakıda 7 yaşlı qızın başından exnakok sisti çıxaran həkimlə müsahibə.

- “People in Need” təşkilatı Praqada yeni Mərkəz açıb. Bu Mərkəz post sovet məkanında insan haqları və demokratiya ilə bağlı vəziyyəti izləyəcək. Təşkilatın sədri Simon Paneklə müsahibə.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı Həbsxanada ana olan Lamiyə Quliyevanın azadlığa burxaılmağı ilə ona qarşı ədalətsizlik aradan qalxdımı?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

16:02 19.2.2015

Müsəlmanlar yəhudilərin müdafiəsinə qalxır

Müsəlmanlar Osloda sinaqoq ətrafında halqa yaradır və müsəlmanlar yəhudilərin müdafiəsinə qalxır. Tədbirin təşkilatçılarından biri Facebookda yazır: “Sinaqoqa hücum etmək istəyən öncə bizim üstümüzdən keçməlidir”.

Norveçdə bir qrup müsəlman şənbə günü Oslodakı sinaqoqun ətrafında “sülh halqası” təşkil etməyi planlaşdırır. Facebook-da bu məqsədlə yaradılmış səhifədə qrup üzvləri məqsədlərini belə izah edirlər: “İslam, dinindən asılı olmayaraq bütün bacı və qardaşlarımızı müdafiə etməyə çağırır." Ətraflı axşam saat 8-də AzadliqLive-da

14:48 19.2.2015

Azərcell-in keçmiş işçisi Moldovanın baş naziri oldu

Moldova parlamenti Chiril Gaburicini baş nazir vəzifəsinə təsdiqlədi. Gaburici Azərbaycanın Azərcell şirkətinin işçisi olub. Ətraflı AzadliqLive-da axşam saat 8-də

14:11 19.2.2015

"Padşah yaxşıdır, ətrafı pisdir"

Təhlilçi Paul Goble jamestown.org-da Rusiyada geniş yayılmış bir baxışdan yazır: "çar yaxşıdır, əyanlar pisdir". Müəllif yazır ki, bu günlərdə Norveç Beynəlxalq Məsələlər İnstitutu Azərbaycanla bağlı bir araşdırma dərc edib. Müəlliflər dövlət təsisatlarına nə eyni yanaşmanın Azərbaycanda da mövcud olduğunu bildirilər.

Paul Goble-un fikrincə, bu tədqiqat ona görə maraqlıdır ki, liderinin geniş səlahiyyətə malik olduğu, vətəndaşların daha çox aşağı səviyyəli məmurlarla təmasa girdiyi siyasi sistemə işıq salır. Yəni əhali parlamentə, bələdiyyəyə elə də inanmır, hər şeyin prezidentdən asılı olduğunu fikirləşir. Və uzaq perspektivdə, bu amil prezident dəyişikliyi zamanı sabitsizlik yarada bilər.

Axşam saat 8-də AzadlıqLive-da

14:02 19.2.2015

Bakıdan İstanbula bütün aviareyslər təxirə salınıb

İstanbul
İstanbul

Fevralın 19-da Bakıdan İstanbula olan bütün aviareyslər təxirə salınıb.

Bu haqda «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) məlumat verilib.

Buna səbəb İstanbulda güclü qarın yağmasıdır.

Fevralın 18-dən «Türkiyə Hava Yolları» 800-dən artıq beynəlxalq və daxili aviareysləri ləğv edib.

Davamı

XS
SM
MD
LG