Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 18:24

AzadliqLive - 20 fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...

AzadliqLive fevralın 20-də, aşağıdakı mövzuları müzakirə edir.

AzadlıqLive-ı BURADA DİNLƏ

- Həbsxanada ana olan Lamiyə Quliyeva azadlığa buraxıldı​.

- Ciril GaburicininAzərcell rəhbərindən Moldova baş nazirliyinə qədər keçdiyi yol.

- Elnur Hüseynovun qələbəsi haqda Türkiyə mətbuatı nə yazır?

- Bakıda 7 yaşlı qızın başından exnakok sisti çıxaran həkimlə müsahibə.

- “People in Need” təşkilatı Praqada yeni Mərkəz açıb. Bu Mərkəz post sovet məkanında insan haqları və demokratiya ilə bağlı vəziyyəti izləyəcək. Təşkilatın sədri Simon Paneklə müsahibə.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı Həbsxanada ana olan Lamiyə Quliyevanın azadlığa burxaılmağı ilə ona qarşı ədalətsizlik aradan qalxdımı?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

21:28 18.2.2015
-

Azərbaycanlı kişilər Özgəcan üçün yubka geyindilər- Fotolar


Türkiyədə qətlə yetirilən Özgəcan üçün sosial medianın azərbaycanlı kişi fəalları yeni aksiyaya başlayıblar.

Onlar yubkalı fotolarını facebookda ‪#‎ozgecanicinminietekgiy‬ haştaqı ilə paylaşaraq qadınlara qarşı zorakılığa etiraz ediblər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan qadınlara qarşı zorakılığı ölkənin "qanayan yarası" adlandırıb. 20 yaşlı Özgecan Aslan-ın onu zorlamağa çalışan kişi tərəfindən bıçaqlanıb öldürülməsi ölkədə etirazlara səbəb olub.

22:20 17.2.2015

Diqqətə görə təşəkkürlər!

Ermənistan vulkan üstə, İslam mərkəzi alovda, Manat sərbəst uçuşda - AzadliqLive 17 fevral
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

AzadliqLive fevralın 17-da başa çatdı. Bizi izlədiyinə görə minnətdarlığımızı qəbul et. Fevralın 18-də işimizi yenidən bərpa edəcəyik. Hansı mövzular haqda reportaj və müzakirələr eşitmək istərdin? AzadliqLive yaz, bizə mövzu təklif elə, maraqlı hadisə haqda xəbər ver.

Azadlıqda qal!!!

19:35 17.2.2015

MARİUPOLDA VƏ DEBALTSEVODA QANLI DÖYÜŞLƏR

Debaltsevoda "Reuters" agentliyinin müxbirləri çarpaz atəş altına düşüblər
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00


Debaltsevoda "Reuters" agentliyinin müxbirləri çarpaz atəş altına düşüblər. Çətin vəziyyətdə olduqlarına baxmayaraq kameranı söndürməyiblər və qaz borusunun partlamasını qeydə ala biliblər. Hər iki tərəf edir ki, şəhərə nəzarə edir. Fevralın 17-də Azov dənizi sahillərindəki Mariupol ətrafında da ağır döyüşlərin getdiyi bildirilir

14:39 17.2.2015

ŞEYX HAYBERİ: «YER KÜRƏSİ FIRLANMIR»

Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının fikri geniş müzakirə olunur.

İmam Şeyx Bendər Əl Hayberi yerin fırlanmadığını deyib.

Sələfilərin lideri Hacı Qamət Süleymanov «Qafqazinfo»ya açıqlamasında bu fikrə münasibət bildirib.

Q.Süleymanov da Səudiyyə imamının fikrini təsdiqləyib:

“Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, “Yer üzü sabitdir”, “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Amma Yer üzünün fırlanması haqda heç nə deyilməyib. Alimlər burdan nəticə çıxarıblar ki, Yer üzü sabitdir və fırlanmır. Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur”.

Q.Süleymanov Yerin fırlanıb-fırlanmadığı haqda özünün dəqiq bir fikri olmadığı deyib.

Davamı

XS
SM
MD
LG