Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 10:29

7 yaşlı qızın başından nəhəng kista belə çıxarıldı- [video]


Həkim Bəhmən Yadigarov
Həkim Bəhmən Yadigarov

-

Respublika Neyrocərrahiyyə Xəstəxanasında bir-iki gün öncə aparılan əməliyyat ictimaiyyətin diqqətini çəkib: 7 yaşlı qız uşağının başından böyük ölçülü exinokok kistası çıxarılıb. Bu şişin mənşəyi, insanda necə yaranması, eləcə də belə mürəkkəb əməliyyatların aparılması təcrübəsi barədə həmin əməliyyatı aparan xəstəxananın neyrotravma şöbəsinin həkimi Bəhmən Yadigarov-la söhbət etmişik.

Həkim Bəhmən Yadigarov AzadlıqRadiosuna müsahibəsində deyib ki, əməliyyat zamanı onlar da təəccübləniblər: “7 yaşlı qızcığazda bu ölçüdə şişə rast gəlinməsi bizi heyrətə gətirdi. 50 yaşlı adamda iri ölçüdə şiş olması təbiidir, amma uşaqda yox”.

- Bəhmən doktor, Azərbaycanda belə bir neyrocərrahiyyə əməliyyatı ilk dəfəydimi ki, aparılırdı?

- Bundan da çətin neyrocərrahiyyə əməliyyatları aparılır. Ümumiyyətlə, exinokok xəstəliyi Azərbaycanda geniş yayılıb. Xüsusilə, heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olan adamlar arasında rast gəlinir. Ancaq bəlkə də dünyada ilk dəfə bu yaşda uşaqda bu ölçüdə şişə rast gəlirik.

- Exinokok xəstəliyinin səbəbləri nədir?

- Uşaq vaxtından ev heyvanları ilə kontaktda olmaq, şəxsi gigiyenaya əməl etməmək, yuyulmamış göyərti yemək bu xəstəliyi yaradır.

- Deyirsiz, Azərbaycanda exinokok çox yayılıb. Statistika varmı?

- Dünya statistikasına görə ölkəmiz exinokokun yayıldığı ölkələrdən biridir.

- Yalnız başdamı olur?

- Xeyr. Exinikok bədəndə həm mərkəzi sinir sistemində, digər orqanlarda da olur.

- Bəhmən doktor, bu, neyrocərrahiyyədə apardığınız ən çətin əməliyyatdırmı?

- Xeyr, bundan da çətin əməliyyatlarımız olub. Sadəcə, burda yaş faktoru və şişin ölçüsünə görə əməliyyat çətin sayılır. Demək olar ki, neyrocərrahiyyədə olan əməliyyatların 90-95%-i bizdə aparılır. Bu sahədə Azərbaycan inkişaf etmiş və etməkdə olan ölkələrlə ayaqlaşa bilər.

Ən böyük çatışmayan cəhətimiz neyrocərrahiyyədə radioterapiyanın olmamasıdır. Əgər bu avadanlıqlarımız olsa, biz bütün əməliyyatları apara bilərik.

MÜSAHİBƏ VİDEODAN SONRA DAVAM EDİR...

- Radioterapiya üzrə mütəxəssis çatışmır, yoxsa avadanlıq?

- Aparat da çatışmır, aparatı işlədən mütəxəssis də. Bu aparatı öyrənmək üçün hardasa 6 aylıq kurs keçmək bəs edir.

- Bəs niyə indiyə kimi bunu öyrənməyə maraq göstərmirlər?

- Bilirsiz, dünyadakı yeniliklərin hamısını qəbul eləmək çətindir. Biz müasir yenilikləri öyrənirik, indi də hədəfimiz radioterapiya sahəsində nailiyyətdir ki, bunu da əldə etmək istəyirik.

- Doktor, əgər bu aparatlarınız da olsa, hansı uğurlu əməliyyatlara imza ata bilərsiz?

- Beyində bəzi onkoloji şişlər var ki, onu xüsusi metodla əməliyyat etmək lazımdır. Bunlar professional mövzulardır ki, dərinə getmək istəmirəm. Amma çox xəstəyə köməyimiz dəyə bilər.

- Azərbaycan tibb sahəsində inkişaf üçün nəyə ehtiyac var?

- Azərbaycan tibbi artıq Türkiyə səviyyəsinə qədər gəlib çatıb. Ancaq sığorta sistemi tətbiq edilsə, təbabət ildırım sürətilə inkişaf edər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG