Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:27

Azərbaycanda ilk dəfə


Arxiv foto
Arxiv foto

Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarının trombu çıxarılıb. Belə bir əməliyyat Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının Ürək Damar Mərkəzində baş tutub.

ATU-nun mətbuat xidmətinin məlumatına görə, Klinikaya müraciət edərkən 36 yaşlı qadın 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Tomoqrafiya zamanı məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.

Əməliyyatın saat yarım davam etdiyi və artıq xəstənin reanimasiya şöbəsindən çıxarıldığı bildirilir.

Əməliyyatı aparan həkim Fərid Əliyev xəstənin vəziyyətinin stabil olduğunu bildirib. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir:

«Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Lakin xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultu ortaya çıxaran səbəblər araşdırılacaq», deyə o bildirib.

XS
SM
MD
LG