Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:25

People in Need insan haqları fəallarının müdafiəsi üçün yeni mərkəz yaradıb


Simon Panek
Simon Panek

.

Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid


“Biz Azərbaycanda həbsdə olan olan bütün fəallar - jurnalistlər, blogerlər barədə narahatıq. Azərbaycan höküməti Avropa, Birləşmiş Ştatalarla daha yaxşı biznes əlaqələri qurmaq əvəzinə, insanların təqib edilməsi yolunu seçib. Bu da ölkəni demokratik sistemli dövlətdən daha çox, avtoritar sistem kimi təqdim edir.”

Bunu AzadlıqRadiosuna müsahibəsində Çex Respublikasında fəaliyyət göstərən People in Need təşkilatının direktoru Simon Panek deyib. O, Azərbaycanda fəalların həbsdə olmasından narahatlığını dilə gətirib.

Simon Panek hökümətin fəal şəxsləri təqib etməsinin demokratiyadan uzaq olduğunu deyir:

“Fəalların, jurnalistlərin, bloggerlərin, insan haqları müdafiəçilərinin təqib edilməsi ölkəni demokratikdən daha çox, avtoritar sistem kimi xarakterizə edir. Hökümət, insanları sadəcə müdafiə edən İntiqam Əliyev, və ya jurnalist Xədicə İsmayıl kimi fəal vətəndaşlara, vətəndaş cəmiyyətinə təzyiq göstərməyi seçib. Əlbətdə ki, mən həmin şəxslərin sağlamlığı, gələcəyi üçün narahatam.”

People in Need təşkilatı fevralın 19-da Praqada Vətəndaş Cəmiyyəti Mərkəzinin açılışını edib. Mərkəzin məqsədi haqqında AzadlıqRadiosuna danışan Simon Panek bildirib ki, bu mərkəz Avropa Birliyi ölkələrini çıxmaqla keçmiş sovet ölkələri üzrə işləyəcək:

“Mərkəzin məqsədi senzurasız media, fikir ifadəsi, birləşmək, sərbəst toplaşmaq, dini, cinsi azadlıqları, mülkiyyət hüquqlarını, vətəndaş azadlıqlarını müdafiə edən, ekoloji problemlərin həllini tələb edən insanlar və qruplara kömək etməkdir.”

QHT-LƏRƏ QRANTLAR

Simon Panek həmin şəxslərə yardım etməyin vacibliyini və bunun müxtəlif yollarının olduğunu bildirir:

“Biz Avropadakı insanları, AB-yə üzv dövlətləri, Avropa Parlamentini, Avropa mediasını hərəkətə gətirə, səfərbər edə bilərik. Ola bilər ki, bu üsul hər zaman nəticə verməsin. Ancaq, həbsdə olan insan haqları müdafiəçiləri unudulursa, onlarla heç kim maraqlanmırsa onlar həbsdə səssizcə ölə bilərlər. Dünyanın heç olmasa az bir hissəsinin bunula maraqlanmasının elə də nəticəsi olmaya bilər. Ancaq bu, həbsdəki həmin insanlara daha çox müdafiə, mənəvi dəstək olacaq. Və onlar unudulmadıqlarını biləcək, ayaqda qalmağa çalışaçaqlar.”

Praqa Vətəndaş Cəmiyyəti Mərkəzinin yaydığı məlumatda deyilir ki, mərkəzin dəstəyi müxtəlif formada olacaq. Bu, vətəndaş cəmiyyətinə və QHT-lərə müxtəlif qrantların verilməsini nəzərdə tutur. Mərkəz həmçinin regionda vətəndaş cəmiyyəti nümayəndələri üçün təlim və seminarlar nəzərdə tutur. Həmin şəxslərə Avropa ölkələrində müxtəlif təqaüd proqramları, təhsil imkanı təklif edir.

Mərkəzi Norveçin İnsan Hüquqları Evi Fondu, Çexiyanın qeyri-hökümət təşkilatı People in Need və Polşada yerləşən beyin mərkəzi- Ictimai İşlər Institutu təsis edib.

People in Need təşkilatı bundan əvvəl də Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı bəzi layihələrin icrasına dəstək verib. Bəzi hökumət yönlü media orqanları bu qurumu ermənipərəstlikdə ittiham edib.

Amma təşkilat bu ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG