Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:37

Türkiyə prezidenti ölkənin "qanayan yarasından" danışdı


İstanbulda qadınlara qarşı zorakılıq əleyhinə nümayiş, arxiv foto
İstanbulda qadınlara qarşı zorakılıq əleyhinə nümayiş, arxiv foto

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan qadınlara qarşı zorakılığı ölkənin "qanayan yarası" adlandırıb. 20 yaşlı Özgecan Aslan-ın onu zorlamağa çalışan kişi tərəfindən bıçaqlanıb öldürülməsi ölkədə etirazlara səbəb olub.

"The Guardian" yazır ki, ötən il Türkiyədə qadınlara qarşı zorakılıq artıb, ancaq son hücum qəddarlığı ilə seçilib, siyasətçilər tərəfindən də pislənib.

QLOBAL TREND

Özgecan Aslan çərşənbə günü Mərsində mikroavtobusda evə qayıdırmış. Sürücü onu zorlamaq istəyir. Qız bibər qazı balonunu işə salır, müqavimət göstərir, kişi onu bıçaqlayır, ölənədək döyür, atası və qardaşının köməyi ilə meyiti yandırır və çaya atır. 26 yaşlı şübhəli cinayət ortaqları ilə birlikdə saxlanıb.

Sosial şəbəkələrdə #sendeanlat#OzgecanAslan qlobal trendə çevrilib, qadınlar ictimai nəqliyyatda üzləşdikləri pis rəftarla bağlı hekayətlərini paylaşıblar.

Prezident Tayyip Erdoğan həyat yoldaşı ilə birlikdə dəfnə qatılıb, qızları Aslan-ın ailəsinə baş çəkib. "Şəxsən bu işə nəzarət edəcəyəm. Onlara ən ağır cəza veriləcək. Qadınlara qarşı zorakılıq ölkəmizin qanayan yarasıdır," Erdogan bazar ertəsi Ankarada deyib.

BİR İLDƏ 281 QADIN QƏTLƏ YETİRİLİB

Bianet insan haqları qrupu bildirir ki, 2014-cü ildə Türkiyədə 281 qadın qətlə yetirilib. Bu, əvvəlki illə müqayisədə 31% çoxdur. Qrupun məlumatına görə, onlardan 9%-i dövlətdən mühafizə istəyib. Dövlətin qurbanları yetərincə qoruya bilməməsi tənqidlərə səbəb olub.

Qadın təşkilatları Erdogan-ı tənqid edirlər ki, gender bərabərliyinə inanmadığı üçün məişət zorakılığına qarşı çıxmır.

Bəzi siyasətçilər bu işlə bağlı ölüm hökmünün yenidən tətbiqinə çağırıb.

İstanbul Feminist Kollektivi fərqli mövqedədir:

"Müzakirələrin çoxu bu sahədə irəliləyişə ümid yaratmır. Çünki siyasətçilər, qruplar, özəlliklə də hökumət Ozgecan-ın qətlində öz məsuliyyətlərini tanımaq istəmirlər," təşkilat bildirir. Qurumun fikrincə, ölüm cəzasının tətbiqinə çağıranlar qadınlara qarşı zorakılıq baş verəndə hərəkətə keçə bilmirlər.

Kadyrov elit təlim mərkəzi açır

Ramzan Kadyrov
Ramzan Kadyrov

Çeçenistan prezidenti Rusiya və xaricdən elit qüvvələr üçün beynəlxalq təlim mərkəzi tikir. Joshua Kucera www.eurasianet.org-da yazır ki, Rusiya özünün yaraqlılarla mübarizə modelini deyəsən dünyaya ixrac etmək istəyir.

Prezident Ramzan Kadyrov "Izvestia" qəzetinə deyib ki, mərkəz Qudermes şəhərində tikilir və ilin sonunadək yekunlaşacaq.

Izvestia-nın yazdığına görə, Belarus və Qazaxıstandan xüsusi qüvvələrin mərkəzdə təlim keçməsi üçün danışıqlar aparılır. Latın Amerikası, eks-sovet ölkələri digər potensial müştərilərdir.

Çeçenistanın beynəlxalq terrorçuluqla mübarizədə böyük təcrübəsi olduğu, müasir metodların öyrədiləcəyi bildirilir. Kadyrov deyib ki, mərkəz özəl əsaslarla maliyyələşdirilir və təlim keçən ölkələr istifadəyə görə ödəniş edəcəklər.

Izvestia vurğulayır ki, bu model İordaniya Kralı Abdullah-ın Xüsusi Əməliyyatlar Təlim Mərkəzini xatırladır. Həmin nəhəng obyekt elit xüsusi qüvvələrin Disneyland-i adlandırılır.

Moskva Orta Asiyada təhlükəsizlik sərhədini itirir?

Bu ilin fevralında Pekində Rusiya-Çin-Hindistan xarici işlər nazirlərinin görüşü
Bu ilin fevralında Pekində Rusiya-Çin-Hindistan xarici işlər nazirlərinin görüşü

"Son illər Orta Asiyada ən böyük suallardan biri regionda Çin təhlükəsizlik komponenti ilə bağlıdır. Pekinin iqtisadi hegemonluğu ortadadır. İnfrastruktur inkişafı və qaz tranziti ilə Çin Rusiyanı regionun aparıcı iqtisadi və enerji qütbü olmaqdan çıxarır. 2008-ci ildən Rusiyanın Orta Asiyadan təbii qaz idxalı 75 faiz azalıb. Çin isə regionun əsas ixrac müştərisinə çevrilməkdədir". Casey Michel thediplomat.com saytndakı məqaləsində belə yazır.

Düzdür, Moskva Orta Asiyanın baş təhlükəsizlik patronu olaraq qalır. Ancaq bu da dəyişə bilər. WantChinaTimes yazıb ki, Çin Özbəkistan və Türkmənistana HQ-9 yer-hava raketləri satmağı və bu ölkələrdən aldığı təbii qazın qiymətini bu yolla azaltmağı planlaşdırır.

Müəllif vurğulayır ki, Moskva ilə Aşqabat-Daşkənd tandemi arasında ciddi məsafə yaransa da, Rusiya bu regionu öz nüfuz dairəsində sayır. Ancaq Amerika və Çinlə hərbi razılaşmaları nəzərə alanda, Özbəkistanın bu dairəyə girəcəyi uzaq görünmür. Çinin hərbi nüfuzu isə daha realdır.

XS
SM
MD
LG