Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 10:54

Lamiyə Quliyeva azad edilib


Lamiyə Quliyeva (Qafqazinfo.az)
Lamiyə Quliyeva (Qafqazinfo.az)

-

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Lamiyə Quliyeva barəsindəki cinayət işi üzrə protestini təmin edib. Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb. Onun bir müddət əvvəl həbsxanada ana olması qalmaqala səbəb olmuşdu.

Lamiyə Quliyeva: film kimi taleyi olan şəmkirli qız

Lamiyə Quliyeva- film kimi taleyi olan şəmkirli qız

Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, o zaman 16 yaşı olan Lamiyə Quliyeva isə 10 müddətinə məhkum edilib.

Cəza müddəti bitənə yaxın Lamiyə Quliyeva «nəzarətçi ilə kobud davranış» ittihamı ilə yenidən 5 il 6 ay azadlıqdan məhrum olunub. O, Penitensiar Xidmətin 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılırdı.

Hazırda 28 yaşı olan Lamiyə Quliyeva burada nikahdan kənar ana olub. Qanunvericiliyə görə, həbsxanada nikah olmadan ər-arvad münasibətinə yol verilmir.

Mediada səslənən məlumatlara görə o, öz istəyi ilə həbsxanada bir məhbusla yaxınlıq edərək ana olduğunu bildirib.

Amma buna qədər onun başına gələnlər gənc qadının yenə də kimlərinsə təzyiqi ilə bu sözləri dediyinə dair şübhələr yaradıb.

​«SAXTA OYUNLARLA AZADLIĞIM ƏLİMDƏN ALINDI»

Lamiyə Quliyeva azadlığa çıxandan az sonra anası ilə bərabər Şəmkirə yola düşüb. O, yolda AzadlıqRadiosuna deyib ki, azadlıqda olmağına hələ də inanmır:

Lamiyə Quliyeva Azadlığa çıxandan bir neçə dəqiqə sonra AzadlıqRadiosuna müsahibə verir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00
Direct-ə keçid

«Nə gözəlmiş azadlıqda olmaq, ay Allah. Hələ də inana bilmirəm. Maşında oturmuşam, o qədər qəribə gəlir mənə. 12 il ancaq məhkəmələrdə, orda-burda... İndi maşında oturmuşam, inana bilmirəm ki, azad hara istəsəm baxa bilirəm, rahat otururam. Nə bilim, rahat yatacağam, rahat duracağam, rahat, rejimsiz bir həyat sürəcəyəm, kimlərinsə tə... Nə bilim, hər şeydən uzaq. Necə gözəl işdir. Hər kəsə təşəkkürümü bildirirəm, ədalətli yazan insanların sayəsində bu gün azadlığıma qovuşdum. Oğlum da qucağımdadır. O da artıq azadlıqdadır. Onu azad şəraitdə böyüdəcəyəm, tərbiyə verəcəyəm. İnşallah, internetdə azadlıqdakı təəssüratlarımı bölüşəcəyəm...».

Lamiyə Quliyeva bundan sonra atacağı addımlardan da danışıb:

«Mən sadə bir həyat sürəcəyəm. Çalışacağam oğlumu sadə bir şəraitdə böyüdüm. Heç kəsdən şikayətçi olmayacağam, heç kəsdən! Bilirsiniz niyə? Çünki vaxtilə məndən o qədər haqsız adam şikayətçi olub, saxta adamları üzümə qoyublar. Mən bunları yaşamışam. Mən ədalətli də olsa heç kimdən şikayət etməyəcəyəm. Halbuki məndən ədalətsiz şikayətlər edilmişdi. Saxtakarçasına insanlar üzümə qoyuldu. Mənim azadlığım saxta oyunlar nəticəsində əlimdən alındı. Bunları yaşadığım üçün ədalətli olsa belə heç kəsdən şikayətçi olmaq, cinayət işi açılmasını istəmirəm. Belə niyyətim yoxdur. Allah özü göydə hər şeyi görür, mən Allaha buraxmışam».

Bu qədər ədalətsizlik gördüyünü söyləyən gənc qadın övladını belə bir cəmiyyətdə böyütməkdən, kimlərinsə təzyiqindən qorxmurmu? Lamiyə Quliyeva uşağı ağladığı üçün söhbəti davam etdirə bilməyəcəyini söyləyib sağollaşır.

Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev isə məhkəmənin qərarını müsbət dəyərləndirdiyini deyir. Ancaq o, hesab edir ki, hakim bu hökmlə bağlı bəraət verməli idi. «Bu cinayət işi kökündən yanlış idi. Hakim isə cəzanı yüngülləşdirmək haqda hökm verdi».

PROTEST TƏMİN EDİLDİ

Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də həbsdə olan Lamiyə Quliyevanın işi ilə bağlı Baş Prokurorluğun verdiyi protestə baxıb.

Məhkəmə protesti təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq fevralın 4-də Lamiyə Quliyeva barəsindəki cinayət işi ilə bağlı protest vermiş və Xətai Rayon Məhkəməsi işə baxılması barədə qərar qəbul etmişdi.

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib.

O, 2003-cü ilin mayında keçmiş nişanlısı Vüqar Əliyevlə birlikdə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbsə məhkum ediliblər.

Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib.

2010-cu ildə isə Lamiyə Quliyevanın cəzası həbsxana qaydalarını pozma (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) ittihamı ilə 5 il 6 ay artırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun protesti sonuncu işlə bağlı idi.

Vüqar Əliyev isə hazırda Qobustan həbsxanasında cəza çəkir.

Lamiyə Quliyevanın bir müddət əvvəl həbsxanada ana olması qalmaqala səbəb olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG