Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 21:26

AzadliqLive - 20 fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...

AzadliqLive fevralın 20-də, aşağıdakı mövzuları müzakirə edir.

AzadlıqLive-ı BURADA DİNLƏ

- Həbsxanada ana olan Lamiyə Quliyeva azadlığa buraxıldı​.

- Ciril GaburicininAzərcell rəhbərindən Moldova baş nazirliyinə qədər keçdiyi yol.

- Elnur Hüseynovun qələbəsi haqda Türkiyə mətbuatı nə yazır?

- Bakıda 7 yaşlı qızın başından exnakok sisti çıxaran həkimlə müsahibə.

- “People in Need” təşkilatı Praqada yeni Mərkəz açıb. Bu Mərkəz post sovet məkanında insan haqları və demokratiya ilə bağlı vəziyyəti izləyəcək. Təşkilatın sədri Simon Paneklə müsahibə.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı Həbsxanada ana olan Lamiyə Quliyevanın azadlığa burxaılmağı ilə ona qarşı ədalətsizlik aradan qalxdımı?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

14:23 16.2.2015

Xoş gördük! Bugün AzadliqLive-də ölkədə və dünyada baş verən xəbərləri yazıb, müzakirə edəcəyik.

14:27 16.2.2015

Məktəblini şlanqla döyən müəllim işdən kənarlaşdırılıb

Sabunçu rayonundakı 90 saylı orta məktəbin şagirdi Orxan Həsənovu rezin şlanqla döyən idman müəllimi Emil Cəbrayılov müvəqqəti işdən kənarlaşdırılıb.

Bu barədə AzadlıqRadiosuna məktəbin direktoru Qurbantac Qazıbəyova məlumat verib.

16:19 16.2.2015

MƏRKƏZİ BANK ƏHALİNİ NƏZƏRƏ ALACAQ...

Mərkəzi Bankının sədri Elman Rüstəmov "Financial Times"a müsahibəsi zamanı deyib ki, manatın istənilən zəifləməsi tədricən baş verəcək:

"Mərkəzi Bank əhalinin maraqlarını nəzərə alacaq".

Facebook-da elə bu mövzunu müzakirə edirik:

17:28 16.2.2015

Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…

Qazaxda Şəhidlər Xiyabanı uzun müddətdir ki, baxımsız qalıb. Yerli camaat və veteranlar bunu vətən uğrunda həlak olanların ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün hələ ki, addım atmır.

Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Davamı

XS
SM
MD
LG