Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:46

Özəl mühafizə xidməti: olsun, olmasın?


Cangüdənlərə qanunla silah gəzdirmək hüququ verilə bilər
Cangüdənlərə qanunla silah gəzdirmək hüququ verilə bilər
Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında «Qeyri – dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» qanun layihəsi irad və təkliflərə baxılmaq şərtilə birinci oxunuşda qəbul olunsa da, müzakirələr o qədər də asan keçmədi. Bəzi millət vəkilləri hesab etdilər ki, nəzərdə tutulan mühafizə layihədə göstərildiyi kimi, təkcə şəxsi əmlakın, mülkün və sairənin deyil, eyni zamanda, fərdin də təhlükəsizliyini təmin etməlidir. Millət vəkili Qüdrət Həsənquliyev bildirdi ki, sənəddə sahibkarın özünün və ailə üzvlərinin mühafizəsinin nəzərdə tutulmaması, yalnız əmlakın qorunmasından danışılması düzgün deyil.


«Silah daşıyan adamların məsuliyyəti qanunvericiliklə kifayət qədər tənzimlənir. Bizim qarşımızda Amerika, nəhayət Gürcüstan təcrübəsi var. Necə olur ki, orada silah daşıyanlardan mütəşəkkil cinayətkar dəstələr yaranmır, Azərbaycanda yaranır?»
Deputat Pənah Hüseynin fikrincə isə, əslində, vətəndaşın ən böyük əmlakı onun həyatıdır və bu məsələ ilk növbədə həllini tapmalıdır. Bu fikrin tərəfdarı olan millət vəkilləri bildirdilər ki, hazırda ölkədə fərdlərin mühafizəsi ilə məşğul olan və qeyri-leqal işləyən cangüdənlərin fəaliyyətini rəsmiləşdirmək lazımdır.

Ancaq bu təkliflərlə razılaşmayanlar da var. Millət vəkili Səyavuş Novruzov hansısa qeyri-dövlət qurumu tərəfindən fərdin qorunmasının qəti əleyhinə olduğunu dedi.


Cənab Novruzov hesab edir ki, fərdin təhlükəsizliyinin qorunması sənədə əlavə olunarsa, cangüdənlərə qanunla silah gəzdirmək hüququ veriləcək. Bu isə cəmiyyətdə mütəşəkkil cinayətkarlığın artmasına gətirib çıxara bilər. Onun fikrincə, qeyri-qanuni cangüdənlik ləğv edilməlidir. Bunun rəsmiləşdirilməsinə imkan vermək olmaz.


Fərdin qorunmasının əleyhinə çıxanlar daha çox cangüdənlərə silah verilməsindən narahat olduqlarını əsas gətirirdilər.


Keçmiş polis rəisi İsaxan Aşurov isə deyir ki, bütün konvensiyalarda, milli qanunvericiliyin özündə, polis haqqında qanunda da əmlakdan əvvəl şəxsin həyatının, səhhətinin qorunması nəzərdə tutulur. Millət vəkillərinin bunu təklif etməsi tamamilə məntiqidir. O ki, qaldı mühafizəçilərin silah daşımasına, bundan çəkinmək lazım deyil. Silah daşımaq hüququ verilmədən vətəndaşın Konstitusiya ilə təsbit olunmuş huququnun real təminatından söhbət gedə bilməz: «Silah daşıyan adamların məsuliyyəti qanunvericiliklə kifayət qədər tənzimlənir. Bizim qarşımızda Amerika, nəhayət Gürcüstan təcrübəsi var. Necə olur ki, orada silah daşıyanlardan mütəşəkkil cinayətkar dəstələr yaranmır, Azərbaycanda yaranır»?


Cənab Aşurova görə, mütəşəkkil dəstələrə qarşı mübarizə aparmaq üçün dövlətin imkanı kifayət qədərdir. Və vəziyyəti belə dramatikləşdirməyə dəyməz.


Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynovun sözlərinə görəsə, hazırda ölkədə 30-a yaxın özəl mühafizə xidməti mövcuddur. Onların üzərində dövlət nəzarətini həyata keçirmək üçün normativ-hüquqi aktların qəbul olunması vacibdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG