Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 11:00

Suriyada hava zərbələrindən azı 60 nəfər ölüb


Suriya

Suriyalı fəallar bildirirlər ki, İslam Dövləti (İD) silahlı qruplaşmasının paytaxt elan etdiyi Rakka şəhərinə hava zərbələrindən azı 60 nəfər həlak olub, onlardan 36-ı dinc sakinlərdir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə Təşkilatı noyabrın 25-də bildirib ki, onlarla adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Qurumun məlumatına görə, Rakka əsas sənaye zonasına iki davamlı zərbələr daha çox itkiyə səbəb olub.

İD (İŞİD) ekstremist qrupu 2013-cü ilin yazında Suriyada meydana çıxıb, Rakkanı mərkəzinə çevirib. Suriya hökuməti və ABŞ koalisiyası İD mövqelərini tez-tez hədəfə alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG