Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 22:41

Ebola peyvəndləri sınaqdan çıxarılacaq


Yanvardan başlayaraq iki vaksin Ebolanın ən çox yayıldığı Qərbi Afrikada yoxlanacaq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir neçə aya Ebola infeksiyasına qarşı yeni vaksinlər sınaqdan çıxarılacaq.

ÜST rəsmisi Marie Paule Kieny oktyabrın 21-də deyib ki, yanvardan başlayaraq iki vaksin Ebolanın ən çox yayıldığı Qərbi Afrikada yoxlanacaq.

Digər iki vaksinin sınağı isə gələn ilin əvvəlində epidemiya zonasından kənarda başlanır.

Rəsminin sözlərinə görə, ÜST Rusiyada hazırlanan vaksinlər barədə daha çox informasiya almağa çalışır.

Hələlik bu vaksinlərin faydalı olub-olmayacağı bəlli deyil. İşə yarasa belə, epidemiyanın kökünün kəsilməsi gecikə bilər. Eboladan əsasən Qvineya, Liberiya və Sierra Leonedə 4.500-dən çox adam ölüb.

XS
SM
MD
LG