Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 18:59

Avqustun 24-də tanınmamış Abxaziya respublikasında prezident seçkisi keçilir. Seçkidən öncə namizədlər Aslan Bjaniya, Leonid Dzapshba, Mirab KishmariyaRaul Khajimba milli birliyə nail olunması üçün razılaşma imzalayıblar.

Onlar qərara gəliblər ki, dialoqun genişləndirilməsi və böhran vəziyyətinin həlli üçün məşvərət şurası yaradılsın. Namizədlərin müşavirlərindən və tərəfdarlarından ibarət hökumət koalisiyasının yaradılması öhdəliyi də götürülüb.

İyunda prezident Alexander Ankvab müxalifətin tələbiylə istefaya gedib. Müxalifət siyasi islahatlar, dövlət başçısının səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edirdi.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb. BMT-nin Baş Assambleyasının qətnamələri Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG