Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:08

Hansı prezident hansı yeməyi, içkini xoşlayır? -Mətbuat icmalı


-
7 Qərb liderindən 2-si Putinlə təkbətək görüşdən imtina edib. Putinin ən çox xoşladığı içki hansıdır? Obama və Putinin yeməkdə zövqləri eynidir. Onlar pəhriz yeməklərini xoşlayır. Futbol gözəl oyundur, ancaq çirkli biznesdir.


Dünya mediası bu gün nədən yazır?

Wall Street Journal qəzeti yazır ki, Qərb liderləri Krıma təcavüzə görə Putini cəzalandırdılar, G8 toplantısını G7 –yə çevirdilər, Putini Brüsselə çağırmadılar. Ancaq indi Fransa prezidenti Hollande Putin ətrafında səddi birinci yararaq onu Fransaya – ikinci cəbhənin açılmasının 70 illiyinə dəvət edib.

Çünki Hollandenin Mistral təyyarə daşıyan gəmiləri var, bunu da Rusiyaya satmaq lazımdır. (Yeri gəlmişkən bu sifarişin qiyməti 2 milyard avrodur - Azadlıq radiosu).

Qəzet onu da yazır ki, Hollande eyni axşama dalbadal həm Putinlə, həm də Obama ilə şam yeməyi planlaşdırılıb. Hollande bu planı dəyişmədi, çünki o, “əfsanəvi iştahı” ilə məlumdur.

ƏN ÇOX XOŞLADIĞI KEFİRDİR

New York Times qəzeti yazır ki, dünya liderləri arasında Hollande qədər yeyən və içən yoxdur.

Obama və Putinin yemək məsələsində zövqü eynidir: onların hər ikisi sağlam yeməyə və pəhriz yeməklərinə üstünlük verir.

Prezidentlər üçün hazırlanan menyuda həm Putin, həm də Obama üçün əlavələr edilib və bu əlavələrin ən əsası hər iki prezident üçün dondurmadır.

Qəzet yazır ki, Putinin ən çox sevdiyi içki kefirdir.

Putin spirtli içkidən uzaq, ayıq həyat tərzini təbliğ edir, ancaq pivə və şərab içməkdən ləzzət aldığını gizlətmir.

Bir dəfə onun xarici səfəri zamanı araq da götürmüşdülər. Ancaq bu səfər Hindistana idi, arağı dezinfeksiya üçün aparırdılar.

2 LİDER PUTİNLƏ GÖRÜŞMƏK İSTƏMƏDİ

Washington Post qəzeti yazır ki, 7 Qərb liderlərindən 5-I Fransada Putinlə təkbətək görüşəcək, yalnız ABŞ prezidenti Obama və Kanada baş naziri Stephen Harper Putinlə təkbətək görüşdən imtina ediblər.

Yeri gəlmişkən, Britaniya baş naziri Cameron Putinlə görüşəndə əl verməyib, bu da jurnalistlərin diqqətindən yayınmayıb.

Qəzet yazır ki, Obama və Britaniya baş naziri Cameronun fikrincə Putinin 1 ay vaxtı var. Əgər Ukrayna ilə bağlı nəsə dəyişməsə, yeni sanksiyalar olacaq.

BÜROKRAT YOX, FUTBOLKRAT

“Gözəl oyundur, ancaq çirkli biznesdir”. Bunu Economist jurnalı futbol haqda yazır.
Jurnal xatırladır ki, iyunun 12-də Braziliyada Futbol üzrə dünya kubokunun final oyunları başlandığı vaxt futbolun üstünü Marakana stadionu boyda bulud alıb.
İndi məlum olur ki, Qətər 2022-ci oilin kubok yarışının finalına ev sahibliyi etmək üçün rüşvət verib.

FİFA-nın araşdırmasına görə, 2010-cu ilin dünya kuboku qabağı bir neçə seçmə oyunun nəticəsi əvvəlcədən danışılıb. Jurnal yazır ki, həmişə olduğu kimi heç kim cəzalanmadı.

Jurnal yazır ki, bunlarəı bir qırağa qoyaq. Üzdə olan, hamının gördüyü, bildiyi məsələlərə toxunaq. Niyə ərəb ölkəsinə, yayın ortasına dünya birinciliyi finalı salınır?
Niyə tennis, reqbi, kriket və s. idman növlərində qol olub-olmadığını müasir texnika, texnologiyalarla müəyyən edirlər, futbolda isə yox?

Niyə başqa idman federasiyalarında bu qədər sonsuz maliyyə qalmaqalları onların rəhbərliyini çoxdan dəyişmişdi, FİFA-da isə 1998-ci ildən Sepp Blatter prezidentdir?
Jurnal UEAFA prezidenti Michel Platinini “futbolkrat” adlandırır və yazır ki, vaxtilə əla yarımmüdafiəçi olan Platini indi Avropanın futbolkratına çevrilib və Qətərdə Dünya Kubokunun Qətərə salınmasında dəhşətli rol oynayıb.

Jurnal yazır ki. FİFA-da cəzasızlıq dünya idmanında unikaldır. ABŞ-da basketbol assosiasiyası NBA –də irqçi sözlərinə görə klubun sahibini klubun rəhbərliyindən çıxartdılar.

HÖKUMƏTLƏR MOBİL TELEFONLARA QULAQ ASIR

Dünyanın ən böyük mobil telefon şirkətlərindən biri olan Vodafone iyunun 6-da bildirib ki, hökumətlərə telefon danışıqlarını canlı dinləməyə və yazmağa imkan verən məxfi xətlər var. Hökumət agentlikləri bu xətlərlə Vodafone-nun şəbəkəsinə qoşulurlar və qulaq asırlar.

Guardian qəzeti yazır ki, Vodafone sükutunu pozdu və məxfi xətlər barədə məxfi informasiyanı açıb-tökdü. Vodafone bildirir ki, onun işlədiyi 29 ölkədə hökumət agentlikləri bütün telefon danışıqlarına qulaq asa bilir.

Vodafone bütün bu xətləri kəsməyə çağırır. Vodafone həmçinin belə xətlərin mövcudluğuna imkan verən qanunların ləğv edilməsini istəyir.

Vodafone-nun araşdırmasına görə onun işlədiyi ölkələr arasında adamların ən çox izləndiyi ölkə Maltadır. 420 min əhalisi olan Maltada bir ildə telefon danışığına qulaq asmaq üçün Vodafone-a 3 min 773 dəfə müraciət olunub .

Çexiyada telefon danışığının məzmunu ilə bağlı Vodafone-a 8 min müraciət olunub.
Çexiyada telefon danışığı ilə bağlı bir ildə bütün müraciətlərin sayı 196 mindir.
Çexiya ikinci yerdədir. Birinci yerdə isə İtaliyadır – 606 min müraciət.

AVRASİYA BİRLİYİ

Foreign Policy məcmuəsi yazır ki, Putinin Avrasiya Birliyi “impotentdir”. Bu Birlik 170 milyon insanı və ildə 3 trilyon dollarlıq daxili məhsulu əhatə edir. Əgər Putin Baltik ölkələrindən başqa yerdə qalan keçmiş sovet respublikalarını bir yerə toplaya bilsə, onda birliyin 300 milyon adamı və 4 trilyon dollar daxili məhsulu olacaq.

Ancaq bunun faydasına böyük şübhələr var. Dünya Bankı 2012-ci il araşdırmasında yazır: “Birlik ona daxil olan Qazaxıstanda maaşları 0,5 faiz, real gəlirləri 0,6 faiz azaldacaq”. Avropa Birliyinin Təhlükəsizlik İnstitutunun hesabatına görə, Birliyə daxil olmaq hər bir ölkədə məhsuldarlığın azalmasına gətirəcək.

Dünya Bankının fikrincə, birliyin üzvləri məcbur olub birlik üzvləri ilə daha çox ticarət edəcək, nəinki qeyri-birlik üzvləri ilə, bu da biznesi və idxalı bahalandırcaq. Bundan başqa, məsələn, Rusiyaya qarşı sanksiyalar dinamik inkişaf edən Qazaxıstanın da inkişafını ləngidəcək. Birlik ölkələri bir-birindən asılı olacaq.

Mənfi amillər həddən artıq çoxdur. Məsələn, Birliyə daxil olmaq üçün Rusiya Orta Asiya ölkələrinə böyük maliyyə dəstəyi verməlidir, bu da Rusiyanın öz iqtisadiyyatına yükdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG