Keçid linkləri

Təcili xəbərlər
2022, 21 Yanvar, Cümə, Bakı vaxtı 06:33

Azərbaycan xəbərləri

«Son əfv fərmanı imitasiyadır»


«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı son əfv fərmanını «imitasiya» adlandırıb.

Qurumun yaydığı məlumatda deyilir ki, son əfv fərmanı siyasi məhbuslara şamil edilməyib və «cəmiyyəti aldatmağa yönəldilib»:

«Bu cür fərmanların siyasi məhbuslara aid edilməsi və hakimiyyət tərəfindən beynəlxalq təşkilatlarla bazarlıq obyektinə çevrilməsi yol verilməzdir. Bütün siyasi məhbuslar dərhal, qeyd-şərtsiz azadlığa buraxılmalıdır».

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı son həbsləri də pisləyib. Alyans bildirir ki, jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçisi Emil Məmmədov, gənc fəal Orxan Əyyubzadə, eləcə də jurnalist Pərviz Həşimli, gənc bloqqer Əbdül Əbilov, SMDT nümayəndələri Anar Məmmədli, Bəşir Süleymanlı və digərləri haqqında «absurd məhkəmə hökmü çıxarılıb».

Bütün xəbərləri izləyin

1186 yeni yoluxma aşkarlanıb, 14 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1186 yeni yoluxma faktı  qeydə alınıb, bu virusa yoluxanlardan isə 582 nəfər sağalıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1186 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 582 nəfər sağalıb.

Bu məlumatı yanvarın 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan vurğulanıb ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

Qurumdan qeyd edildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 629 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 min 605-i sağalıb, 8564-ü vəfat edib, aktiv xəstə sayı 10 min 183-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Baş prokuror 'Tərtər işi'ndən danışdı

K.Əliyev

Baş prokuror Kamran Əliyev bu gün, yanvarın 20-də "Tərtər işi"ndən və istintaqın gedişindən danışıb. O deyib ki, həmin iş ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır.

O əlavə edib ki, heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz: "Bu, yolverilməzdir".

Baş prokurorun sözlərinə görə, istintaq belə qısa müddətdə və tələskənliklə aparıla bilməz: "Təəssüf ki, bəzi şəxslər bu mövzunu istismar etməyə çalışırlar. Bildi-bilmədi qeyri-peşəkar formada çalışırlar ki, istintaq prosesinə təsir etsinlər. Bu da yolverilməzdir, mümkün də deyil".​

2021-ci ilin sonunda Baş Prokurorluq 2017-ci ildə baş verən və "Tərtər işi" adlandırılan məsələlərin yenidən araşdırıldığını açıqlamışdı.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

"Tərtər işi" nədir

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi. Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib.

Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin 5-nə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Yoluxma yenə mini keçdi

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 151 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 543 nəfər sağalıb.

Bu məlumatı yanvarın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan açıqlanıb ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib.

Qurumdan bildirildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 628 min 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 min 23-ü sağalıb, 8 min 550-si vəfat edib, aktiv xəstə sayı 9 min 593-ə yüksəlib.

Son günlər Azərbaycanda bu virusa yoluxmada yenidən artım olduğu bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

20 Yanvarda həlak olanların ailələrinə yardım veriləcək

Bakıda tanklar. 1990

20 Yanvar faciəsi zamanı həlak olanların ailələrinə və o hadisələrdə əlil qalanlara birdəfəlik maddi yardım ediləcək.

Bu barədə bu gün, yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bu, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqələndirilir: "Bu kateqoriyalara aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb".

Açıqlamaya görə, Bakıda qeydiyyatda olanlar Beynəlxalq Bankın (ABB) Bakıdakı, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə onun ərazilər üzrə filiallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.

Xatırlatma

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya ordu yeridilib. 35 minlik ordu korpusunun apardığı əməliyyat "Zərbə" adlanırdı. Azərbaycanın rəsmi qurumları həmin günlərdə Bakıda və respublikanin bir sıra bölgələrində SSRİ ordusunun 130-dan çox dinc sakini öldürdüyünü, 700-dən çox adama isə müxtəlif dərəcəli xəsarətlər yetirdiyini açıqlayıblar.

Teymur Musayev səhiyyə naziri təyin edildi

Teymur Musayev

Teymur Musayev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilib.

Bununla bağlı bu gün, yanvarın 19-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

T.Musayev bu təyinata qədər Səhiyyə nazirinin birinci müavini postunu tuturdu. O, eyni zamanda nazir vəzifəsini icra edirdi.

Ondan əvvəlki Səhiyyə naziri Oqtay Şirəliyev ötən ilin aprelindən o vəzifədən kənarlaşdırılmışdı. O.Şirəliyev düz 16 il o vəzifədə qalmışdı.

Goranboy sakini minaya düşüb

Vüqar Məmmədovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib

Yanvarın 18-də Vüqar Məmmədov adlı şəxsin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşdüyü bildirilir.

Bu barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Vurğulandığına görə, aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmin şəxsin 1996-cı ildə doğulduğu və yerli sakinlərdən olduğu bildirilir.

Rəsmi açıqlamaya, hələlik, ondan və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndi Azərbaycanın uzun illər münaqişə yaşanan Qarabağ bölgəsinə yaxın ərazidə yerləşir.

Xatırlama

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

'AzərSuTikinti' Xəstəxanasının işçiləri narazıdır

Etiraz

Dünən, yanvarın 17-də "AzərSuTikinti" Xəstəxanasının işçiləri xəstəxananın bağlanacağı ilə bağlı deyilənlərə etiraz ediblər. Onların sözlərinə görə, bu, Bakının Nizami rayonunda yerləşən yeganə dövlət xəstəxanasıdır: "Biz Nizami rayonunda olan yeganə dövlət xəstəxanasının bağlanmasına etiraz edirik. Nəyə görə bağlanmalıdır?".

Onlar qeyd edib ki, koronavirus pandemiyası dövründə xəstəxananın bağlanması doğru deyil: "Prezidentimizdən xahiş edirik bununla maraqlansın və səsimizə səs versin".

TƏBİB-dən cavab...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış "Turan"a bildirib ki, hemodializ şöbəsi yerində saxlanmaqla, dörd cərrah, üç həkim-ginekoloq, iki lor həkimin fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub: "Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər".

O qeyd edib ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibi zamanı nəzərə alınıb.

YAP funksionerinin intim görüntülərinə görə sayt rəhbəri cəzalandırıldı

Nəsimi Rayon Məhkəməsi

azadinfo.az saytının təsisçisi Mahir Ələkbərov (Xəttab) 3 il 6 ay azadlıqdan məhrum edilib. Yanvarın 18-də Nəsimi Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovu intim xarakterli videogörüntülərlə şantaj etməkdə suçlu sayılıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Göyüşovun şəxsi həyatına aid görüntülər gizli yolla çəkilərək yayılıb. Həmin görüntüləri rəhbərlik etdiyi saytda da yayımlayan Mahir Xəttab onların silinməsi üçün YAP funksionerindən 2 min manat pul tələb edib. İttihama əsasən, sayt rəhbəri tələb etdiyi pulu Göyüşovdan alıb.

Lakin Ələkbərov ittihamı rədd edir, özünü təqsirli bilmir. O, hökmdən öncə son sözündə də ittihamın əsassız olduğunu, Göyüşovu şantaj edib ondan pul almadığını deyib. O, bəraət hökmü çıxarılmasını istəyib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, ona qarşı irəli sürülən ittiham təsdiqini tapıb.

Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan bir neçə gün sonra o, YAP-dakı vəzifəsindən də, ümumiyyətlə, partiyadan da çıxarılıb.

Şuşanı könlü istəyən bir dəfə...

Bakı Avtovağzalı

İşğaldan azad olunmuş ərazilərə hər kəs ildə bir dəfə səfər edə biləcək və bu, avtobusların sayı ilə izah edilir.

Bu barədə "Turan"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir: "Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər".

Qurumdan vurğulanıb ki, səfər edənlər gediş-dönüş biletini eyni anda almalıdır: "Ərazidə minalanmış yerlər ola bilər və bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub".

Bildirilib ki, səfərlər yalnız ölkə vətəndaşlarına aiddir, gələcəkdə lazım gələrsə, xarici ölkələrin vətəndaşları üçün turizm səfərləri təşkil olunacaq.

Şuşa və Ağdama biletin qiyməti açıqlanıb

Yanvarın 24-dən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Hava Limanı-Şuşa, Bərdə-Ağdam müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Turan"a təsdiqləyiblər.

Bildirilib ki, COVID pasportu olan hər bir vətəndaş bu imkandan istifadə edə biləcək. Bilet alışı onlayn qaydada da mümkün olacaq.

Əhmədbəyli-Şuşa istiqamətində səfərlər həftədə dörd dəfə, digər istiqamətlər üzrə həftədə iki dəfə həyata keçiriləcək.

Bakı-Şuşa üzrə biletin qiyməti 10 manat, Bakı-Ağdam - 9.40 manat, Əhmədbəyli-Şuşa - 7 manat, Bərdə-Ağdam - 5 manat, Füzuli Hava Limanı-Şuşa üzrə isə 6 manat olacaq.

Avtobuslar saat 06:30-da Bakı Avtovağzalından çıxacaq.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona (Ağdam və Füzuli rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

359 yeni yoluxma aşkarlanıb, 8 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı  qeydə alınıb, bu virusa yoluxanlardan isə 263 nəfər sağalıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 263 nəfər sağalıb.

Bu məlumatı yanvarın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qərargahdan vurğulanıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

Qurumdan həmçinin, bildirildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 626 min 85 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 608 min 777-i sağalıb, 8529-u vəfat edib, aktiv xəstə sayı 8779-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Xanımı Polad Aslanovun aksiyanı dayandırmadığını deyir

P.Aslanov

xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 17-də Baş Prokurorluğun inzibati binasının qarşısında təkbaşına etiraz aksiyası keçirib. O, Baş prokuror Kamran Əsədovla görüş də tələb edib.

Aslanova bildirib ki, həyat yoldaşının 2 il yarımdır qanunsuz həbsdə saxlanılmasına etiraz edir və onun cinayət təqibinə son qoyulmasını istəyir.

Polis əməkdaşları onun qarşısını kəsiblər. G.Aslanovaya Qəbul otağına getmək təklif olunub, amma o, imtina edib. Son nəticədə Aslanova Səbail rayon 9-cu Polis Bölməsinə aparılıb və bir müddətdən sonra sərbəst buraxılıb.

G.Aslanova AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı bu gün, yanvarın 17-də zəng edib və yanvarın 6-dan başladığı aclıq aksiyasını davam etdirdiyini deyib.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluq və başqa cavabdeh qurumdan münasibət almaq mümkün olmayıb.

Ombudsman nümayəndələri aclıq edən sayt rəhbəri ilə görüşüblər

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri dünən, yanvarın 12-də həbsdə aclıq aksiyası keçirən xeberman.com saytının rəhbəri Polad Aslanovla görüşüblər.

Aparatın məlumatına görə, görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində gerçəkləşib: "…Hazırda müəssisənin tibb-sanitar hissəsində saxlanılan Polad Aslanov konfidensial qaydada qəbul olunub. Qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və Polad Aslanovun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib".

Qurumdan açıqlamaya görə, məhkumla söhbət zamanı o, qida qəbulundan imtina səbəbi kimi barəsində olan cinayət işi ilə bağlı birinci və apellyasiya instansiyaları üzrə məhkəmə qərarlarını göstərib: "Habelə hazırda Ali Məhkəmənin icraatında olan işinə ədalətli baxılmasına nail olmaq istəyini qeyd edib. MPQ üzvləri Polad Aslanovun səhhətinin nəzarətdə saxlanılması, gündəlik həkim nəzarətinin davam etdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib. Məsələ diqqətdə saxlanılır".

Bu açıqlamaya, hələlik, Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

Sayt rəhbərinin xanımı DTX-da qəbul edilib

xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində qəbulda olub. O, AzadlıqRadiosuna bildirib ki, görüşdə vəkil Elçin Sadıqov da iştirak edib.

G.Aslanovanın sözlərinə görə, idarədə ona bildirilib ki, məhkəmə qərarı artıq qüvvəyə minib, iş Ali Məhkəmədə baxılma mərhələsindədir və məhkəmənin işinə müdaxilə mümkünsüzdür: "Biz vəkillə Poladın hüquqlarının pozulduğunu, onun günahını sübuta yetirən faktların olmadığını desək də, bu nəticə vermədi".

Sayt redaktorunun həyat yoldaşı qeyd edib ki, yanvarın 6-dan aclıq aksiyası keçirdiyini açıqlayan P.Aslanov bu gün, yanvarın 12-də evə zəng vurmalı olsa da, zəng etməyib: "Ona ya zəng vurmağa imkan verilməyib, ya da səhhətində ciddi problemlər yaranıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və DTX-dan hər hansı münasibət almaq mümkün olmayıb.

G.Aslanova dünən, yanvarın 11-də DTX-nın inzibati binasının qarşısında təkbaşına aksiya keçirmişdi. Sonra o, DTX binasına dəvət edilmişdi.

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında P.Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə - İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. O, özünü təqsirli bilmir.

P.Aslanovun yanvarın 6-da işinin yenidən araşdırılması tələbi ilə aclıq aksiyasına başladığı ilə bağlı yaxınları açıqlama vermişdi. Lakin həmin məlumatı rəsmi qurumlardan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Hökumət 6, iqtisadçılar 20 faiz inflyasiyadan danışırlar

Ötən il nələr bahalaşdı? 2022-ci il üçün iqtisadi proqnozlar
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00

2021-ci ildə Azərbaycanda rəsmi açıqlanan inflyasiya 6.7 faiz olub.

Bu barədə bu gün, yanvarın 17-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qurumdan vurğulandığına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8.1, qeyri-ərzaq məhsulları 5.1, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5.8 faiz bahalaşıb.

DSK-mın açıqlamasına görə, 2021-ci ilin dekabrında inflyasiya 1.6 faiz, əvvəlki ilin dekabrına nisbətən isə 12 faiz təşkil edib.

İqtisadçı: "20 faiz civarında olub"

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, rəsmi açıqlanan rəqəmlər real vəziyyətlə uzlaşmır. Onun sözlərinə görə, qiymət artımı daha yüksək olub: "Bizim hesablarımızla ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərində 2021-ci ilin dekabrı ilə 2020-ci il dekabrı arasında 18.5 faiz fərq var. Ümumi olaraq bir il ərzində inflyasiya səviyyəsi 20 faiz civarında olub".

Azərbaycan-Ukrayna sənədləri imzalanıb -prezidentlərin dedikləri...

İ.Əliyev və V.Zelenski

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və bu ölkənin prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlar veriblər.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev deyib ki, Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləyiblər:

“Hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.”

O, əlavə edib ki, ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlar var:

“Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalarından ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək”.

Onun vurğulamasına görə, iki ölkənin ticarət dövriyyəsi pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb:

“Mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox.”

Sonra Ukrayna dövlətinin başçısı Volodimir Zelinski bəyanat səsləndirib. O, da birgə bəyanat imzalamaqlarına toxunub:

“Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərimizin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq…”

Ukrayna Prezidenti deyib ki, bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəlinib. O, niyyət də dilə gətirib:

“… Aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq...”

***

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Hökuməti arasında "Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişə qol çəkilib. Habelə, "İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında" Anlaşma Memorandumu da imzalanıb. İmzalanan sənədlərə "Aqrar sahədə əməkdaşlıq haqqında", "Energetika sahəsində əməkdaşlıq haqqında" və "Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında" Anlaşma memorandumları da daxildir.

Prezidentlər əvvəlcə Birgə Bəyannamə imzalayıblar.

İlham Əliyev Ukraynaya gedib

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfərə edib. Səfər Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə gerçəkləşib.

AZƏRTAC-ın xəbərinə görə, Kiyevin Borispol Beynəlxalq Hava Limanında İ.Əliyevi Ukrayna Xarici Işlər nazirinin birinci müavini Əminə Caparova və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İ.Əliyevin Ukrayna prezidenti, habelə digər rəsmi şəxslərlə görüşü və orada ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlərə dair müzakirələrin aparılacağı gözlənir.

Azərbaycanda poçt daşınmalarında qiymətlər artırılıb

Azərpoçt

Yanvarın 13-də Azərbaycan Tarif Şurasının növbəti iclasında universal poçt rabitəsi xidmətləri üzrə mövcud qiymətlərdə dəyişiklik edilib. Buna əsas kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Şuraya müraciəti göstərilib. Qurumun vurğulamasına görə, universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflər 2011-ci ilin yanvarında təsdiq edilib, ötən müddətdə "Azərpoçt" MMC-nin xərcləri artıb və fəaliyyəti iqtisadi baxımdan səmərəsiz olub.

Qərarla ölkə daxilində poçt kartın sadə göndərilməsi 20 qəpikdən 30 qəpiyə, sifarişli göndərilməsi 50 qəpikdən 90 qəpiyə, çəkisi 20 qrama qədər olan sadə daxili məktub 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişi 1.8 manatdan 3 manata qaldırılıb. Daxili poçtun sifarişlə göndərilməsi üçün qiymət də 30 qəpikdən 60 qəpiyə çatdırılıb.

Müəllimə körpəni vurma iddiası ilə işdən çıxarılıb

Zorakılıq. Foto illüstrasiya

Dünən, yanvarın 13-də sosial şəbəkələrdə dövlət müəssisələrinin birində azyaşlı uşağa fiziki təzyiqin göstərilməsi kimi təqdim edilən videogörüntülər yayılıb. Həmin kadrlar narazılıqlara səbəb olub.

Bu gün, yanvarın 14-də isə rəsmi qaydada bildirilib ki, bu hadisə İsmayıllı şəhəri 1 saylı Körpələr evi-uşaq bağçasında baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, üçyaşlı uşağı vurmaqda günahlandırılan bağçanın tərbiyəçi – müəlliməsi Zülfiyyə Baxışovadır. Şöbə rəisinin əlavə etməsinə görə, o, təhqiqata cəlb edilib: "İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək".

Təhsil Nazirliyindən…

Təhsil Nazirliyindən isə bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi ləğv edilib: "…Vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinə… əsasən, bu gündən (yanvarın 14-dən) əmək müqaviləsi ləğv edilib".

Amma, hələlik, bu rəsmi açıqlamalara sözügedən tərbiyəçi-müəllimə və uşağın valideynlərindən münasibət almaq mümkün olmayıb.

SOCAR-ın 82 əməkdaşı təxliyə olunub

Neft Daşları

Dənizdə çalışan Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) 82 əməkdaşı təxliyə olunub.

Bu barədə "Turan"a yanvarın 14-də SOCAR-dan məlumat verilib.

Şirkətdən qeyd olunub ki, təxliyənin səbəbi havanın kəskin dəyişməsidir: "Dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib".

Bakı və ölkənin bəzi bölgələrinə qar yağıb. Yanvarın 13-ü axşamdan şimal-qərb küləyi əsib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün, yanvarın 14-də səhər küləyin arabir 28-33 m/s-dək güclənəcəyi, günün ikinci hissəsində isə nisbətən zəifləyəcəyi gözlənilir.

Müdafiə Nazirliyi: ‘Surik Matevosyan adlı şəxs geri qaytarılıb’

Azərbaycan-Ermənistan sərhədi

Yolu azaraq Azərbaycan ərazisinə keçən Surik Matevosyanın geri qaytarıldığı bildirilir

Yolu azaraq Azərbaycan ərazisinə keçən Surik Matevosyanın geri qaytarıldığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub:

“S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib”.

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Sunik vilayətinin Teğ kəndindən Surik Matevosyanın qoyun otararkən azıb Azərbaycan tərəfinə keçdiyi barədə məlumat vermişdi.

Azatutyun bunu da bildirirdi ki, Aravus-Xnatsax otlağı Azərbaycan mövqelərinin 100 metrliyində yerləşir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı hazırda Azərbaycan və Ermənistan arasında gərginlik var.

Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan 126 min avro təzminat ödəməlidir

Avropa Məhkəməsindən Azərbaycana yeni təzminat qərarları gəlir
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 13-də Azərbaycandan göndərilmiş 15 civarında ərizə üzrə altı yekun qərar və qərardadlarını elan edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Məhkəmə qərarlarına əsasən, Azərbaycan ümumilikdə 126 min avrodan artıq təzminat ödəməlidir.

Onlardan biri – "Səid Haşemi və başqaları Azərbaycana qarşı" işində ərizəçilərə münasibətdə şəxsi həyata hörmət hüququna müdaxilə olduğu qənaətinə gəlinib, hökumət onların hər birinə 2 min 100 avro təzminat ödəməlidir: "Bu işdə ərizəçilər – Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi, Məhəmməd Heydəri xarici vətəndaşlardır. Onlar Azərbaycan torpaqlarında doğulmuş, doğum haqqında şəhadətnamələri olan övladlarına ölkə vətəndaşlığının verilməsindən imtinadan şikayət etmişdilər".

Başqa işlər isə qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina, məhkəmə qərarının icra edilməməsi, mülkiyyət hüquqlarının pozulması, şəxsin intim xarakterli videogörüntülərinin çəkilməsi, internetdə və özəl bir telekanalda yayılması ilə bağlı idi. Sonuncu işdə söhbət jurnalist Tural Cəfərovdan (Qan Turalı) gedir. "Tural Cəfərov Azərbaycana qarşı" işində tərəflər dostca anlaşma bağlayıblar. Hökumət ərizəçiyə 8 min 300 avro təzminat ödəməlidir.

Hələlik, qərarlara Azərbaycanın rəsmi və cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Şahin Hacıyev

Hazırda həbsdə olan AXCP üzvü Şahin Hacıyev saxlanandan sonra işgəncələrə məruz qaldığını iddia edir.

"Turan"ın xəbərinə görə, o bunu bu gün, yanvarın 13-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclası zamanı bildirib. Ş.Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

İclasda o, məhkəməyə bununla bağlı yazılı müraciət təqdim edib. O, həmçinin bildirib ki, cinayət işinin materialları ilə tanış olmayıb və ittiham aktı ona təqdim edilməyib. Məhkəmə bunu nəzərə alaraq prosesi yanvarın 21-nə təxirə salıb.

Vəkil Zabil Qəhrəmanov isə agentliyə bildirib ki, Ş.Hacıyev istintaq təcridxanasına daxil olarkən ekspertiza onun ayağında travma olduğunu təsdiq etsə də, prokurorluq bununla bağlı cinayət işi açmaqdan imtina edib.

Məhkəmədə işgəncə ilə bağlı səslənən fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan hüquq-mühafizə orqanları işgəncələrlə bağlı şikayətləri, əsasən, qəbul etmirlər.

Xatırlatma

AXCP üzvü, şahmat müəllimi Şahin Hacıyevi Gəncədə polis ötən il noyabrın 26-da saxlamışdı. Onda AXCP-dən bildirilmişdi ki, onun evində axtarış aparılıb: "Özünü isə qollarına qandal vurub aparıblar. Bizdə olan məlumata görə, ona narkotik ittihamı ilə cinayət işi açmaq istəyirlər".

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. AXCP onların şərlənərək siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Rəsmilər vurğulayırlar ki, elə dəyərləndirilənlər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Sayt rəhbəri 500 manat cərimələnib

Fikrət Fərəməzoğlu

Baş Prokurorluqdan açıqlama

Azərbaycan Baş Prokurorluğu jamaz.info xəbər saytının rəhbərliyinin cərimələnməsi ilə bağlı məlumatı təsdiqləyib.

Qurumun açıqlamasında da bu, Fikrət Fərəməz oğlu İbişbəylinin "Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətəuyğun olmayan məlumatı özünə məxsus jamaz.info xəbər saytında yerləşdirməsi" ilə izah edilir.

"...Dəqiqləşdirilməmiş, həqiqətəuyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da tərəfimizdən qəti tədbirlər görüləcək", - qurum vurğulayıb.

+++

Yanvarın 12-də jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu bu saytda gedən yazıya görə 500 manat cərimələndiyini deyir.

Bu barədə onun özü məlumat verib.

Fərəməzoğlunun sözlərinə görə, yanvarın 12-də onu Baş Prokurorluqda Cinayət Təqibi olmayan işlər üzrə İdarəyə dəvət ediblər:

"Çağırılmanın səbəbi dünən, yanvarın 11-də rəhbərlik etdiyim saytda" "Xankəndidən Şuşa atəşə tutuldu" başlığı altında gedən yazı oldu. Prokurorluq hesab etdi ki, bu yazı camaatın arasında çaşqınlıq yaradır".

Fərəməzoğlu qeyd edib ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi ) protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib:

"Məhkəmədə 500 manat cərimələndim. Hesab edirəm ki, yazı sadəcə bəhanədir. Sadəcə“ipə-sapa” yatmayanları belə cərimələrlə və digər vasitələrlə“ipə-sapa” yatızdırmaq istəyirlər".

O, əlavə edib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Bu deyilənlərlə bağlı Baş Prokurorluq və məhkəmədən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər birqayda olaraq vurğulayırlar ki, ölkədə söz azadlığına basqı yoxdur.

Müdafiə naziri yeni komandanı qəbul edib

Andrey Volkovu Rüstəm Muradov təqdim edib

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin ərazisində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Bu məlumatı bu gün, yanvarın 12-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Məlumatda qeyd edildiyinə görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub: "General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib".

Rusiyanın Dağlıq Qarabağdakı kontingentinə general-mayor A.Volkovun rəhbərlik edəcəyi xəbəri bir neçə gün öncə Ermənistan mediasinda da yayılmışdı. Həmin məlumatlara görə, komandir dəyişikliyi plan üzrə rotasiya çərçivəsində həyata keçirilir.

Sizcə, Rusiya sülhməramlıları Qarabağda nə qədər qalmalıdır? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Volkov kimdir?

General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandir müavini olub. Həmin vaxt kontingentə general-leytenant R.Muradov rəhbərlik edirdi.

Bu təyinata qədər isə Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olub.

2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlı kontingentin komandiri vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Sərhəddə gərginlik: 1 Azərbaycan, 3 Ermənistan hərbçisi həlak olub

Kəlbəcərdə atışma - Azərbaycanın bir əsgəri həlak olub, Ermənistanın bir əsgəri yaralanıb
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Aİ sərhəddəki gərginlikdən narahatdır

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində yeni insidentlər və itkilər haqda məlumatlardan dərin narahatlıq keçirir. Bu haqda Twitter-də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi təmsilçisi Toivo Klaar yazıb. O, tərəfləri de-eskalasiyaya, bütün mümkün mexanizmlərdən, özəlliklə Aİ-nin vasitəçiliyi ilə iki ölkənin müdafiə nazirlikləri arasında 2021-ci ilin noyabrında yaradılmış qaynar xətdən tam istifadə etməyə çağırıb.

Aİ sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərlə işləməyə, əlavə dəstək verməyə hazır olduğunu bildirir.

+++

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin artilleriya və dronlardan istifadə edərək Ermənistanla sərhədin şərq istiqamətində atəşkəs rejimini "kobud şəkildə" pozduğunu bildirib: "Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini rəsmi Bakının Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı qəsdini davam etdirməsinə, beynəlxalq hüququn təməl prinsiplərini pozmasına çəkir".

Azərbaycan Ermənistanı təxribatda günahlandırır

Azərbaycan Müdafiə Nazirliyinin ( AMN) yanvarın 12-də səhər yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.

Vurğulandığına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə kəndləri istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Habelə bildirilir ki, Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqeləri də vurulub.

Nazirlik hesab edir ki, Ermənistanın xüsusi səbəb olmadan üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır: "Bütün hallarda Azərbaycan ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb".

Vurğulandığına görə, hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir.

Hələlik, bu açıqlamaya Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Ermənistan ona sərf edən xəritəni açıqladı: Qaragölə iddia edirlər
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Sərhəddə gərginlik: 1 Azərbaycan, üç Ermənistan hərbçisi həlak olub

Yanvarın 11-də gecəyarı Azərbaycan-Ermənistan sərhədində intensiv atışma zonasında daha bir erməni hərbçinin cəsədi aşkarlanıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Beləliklə, Ermənistan tərəfdən həlak olan hərbçilərin sayı 3-ə çatıb. Daha iki yaralının olduğu bildirilir.

Nazirlik yanvarın 11-də yaydığı məlumatda Azərbaycan tərəfi sərhəddə provokasiya törətməkdə ittiham edib.

Azatutyun Radiosu gecə sərhəddə sakitlik olduğunu, heç bir insidentin baş vermədiyini, atışma səslərinin eşidilmədiyini xəbər verir.

+++

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yanvarın 11-də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdiyinə dair məlumat verib.

Ermənistanın Müdafiə Nazirliyi iki hərbçinin, N hissəsinin sıravi əsgəri 2002-ci il təvəllüdlü Artur Mxitaryanın və kiçik serjant Rudik Qaribyanın həlak olduğunu bildirib.

Daha iki hərbçinin yaralandığı xəbər verilir.

Yerli vaxtla saat 21:00-a olan məlumata görə Azərbaycan-Ermənsitan sərhədində nisbi sakitlikdir.

Bundan əvvəl Ermənistan tərəfi xəbər verirdi ki, hazırda sərhəddə atışma davam edir, Azərbaycan tərəfi artilleriya və PUA-lardan istifadə edir.

Bundan əvvəl Ermənistan MN yerli vaxtla saat 15:15-də Azərbaycan tərəfinin Ermənistanın Geğarkunik vilayətinin Verin Şorca (Yuxarı Şorca) rayonunda Ermənistanın hərbi mövqelərini atəşə tutduğunu xəbər vermişdi.

Bundan sonra atəş dayansa da, saat 17:30-da atışma bərpa olunub.

Azərbaycan tərəfi bir hərbi xidmətçisinin həlak olduğunu xəbər verib. Bakı əsgərin “erməni tərəfinin təxribatı nəticəsində həlak olduğunu” bildirib.

Azatutyun yanvarın 11-də Yuxarı Şorcadan başqa Ermənistanın Vardenis rayonundakı sərhəd sahələrinin ətəşə tutulduğunu xəbər verir.

Azərbaycanla Ermənistan arasında sərhəd mübahisəsinə ABŞ ekspertləri də cəlb oluna bilər - Amerikalı təhlilçinin izahı
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

‘Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib’

Azərbaycan Müdafiə Nazirliyi (AMN) yanvarın 11-də sərhəddəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bildirildiyinə görə, Azərbaycan ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən adekvat cavab tədbirləri həyata keçirir:

“Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

***

Azərbaycan hərbi qulluqçusu həlak olub. Bununla bağlı bu gün, yanvarın 11-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində bir əsgərləri həlak olub.

Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri qarşı tərəfə cavab veriblər: "Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Amma bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Tərəflər arasında atəşkəs razılaşması olsa da, onun pozulması ilə bağlı tez-tez qarşılıqlı iddialar səslənir. Bu zaman tərəflər bir-birlərini ittiham edirlər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Ceyhun Bayramov

Nazir Ermənistanın iki ölkənin dövlət sərhədində təxribatı davam etdirməsi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçunun həlak olması haqqında qarşı tərəfə məlumat verib

Bugün, yanvarın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda vurğulanıb ki, tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar:

“Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb.”

Açıqlamaya görə, nazir, Ermənistanın iki ölkənin dövlət sərhədində təxribatı davam etdirməsi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçunun həlak olması haqqında qarşı tərəfə məlumat verib.

Vurğulandığına görə, o əlavə edib ki, bu təxribata görə, məsuliyyət bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:

“Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.”

Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması olsa da, onun pozulması ilə bağlı tez-tez qarşılıqlı iddialar səslənir. Bu zaman tərəflər bir-birlərini ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyi yanvarın 11-də iki ölkənin sərhəddində bir hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il qeyd edilən 3 ölkənin rəhbərliyi regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı bəyanatlar imzalayıblar.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

Bəzi qurumlar AMEA-nın balansından çıxarıldı

Bakının 'cənnət bağı'nda Cəlal Əliyev gülü
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) balansından çıxarılıb. Onların əsasında "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb.

Bu, Nazirlər Kabinetinin 7 yanvar tarixli "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında" Qərarında əksini tapıb.

AMEA-yə 2019-cu ilin sonlarından akademik Ramiz Mehdiyev rəhbərlik edir. O, həmin ilə qədər Prezident Administrasiyasına rəhbərlik edirdi.

Sayt rəhbərinin 5 gündür aclıq aksiyası keçirdiyi deyilir

Polad Aslanov

Həbsdə  olan xeberman.com saytının rəhbəri Polad Aslanovun yanvarın 6-dan aclıq aksiyası keçirdiyi bildirilir

Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanovun yanvarın 6-dan aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, Polad Aslanovla bugün, yanvarın 10-da telefonla danışıb:

“Bu 5 gün ərzində 3 kilo çəki itirib. Habelə deməsinə görə, başında şiddətli ağrılar, halsızlıq var, nəbz sürətlənib...”

Xanımının qeyd etməsinə görə, sayt rəhbəri işinin yenidən araşdırılmasını tələb edir.

Gülmirə Aslanova əlavə edib ki, ərinə aclığı dayandırmasından ötrü təzyiqlər edilib.

O, habelə qeyd edib ki, məsələ ilə bağlı Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Penitensiar Xidmətə məlumat verib.

Gülmirə Aslanovanın dediklərinə, hələlik, Penitensiar Xidmət və başqa adı çəkilən qurumlardan münasibət almaq mümükn olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, deyirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Xatırlatma

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında P.Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə - İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. O, özünü təqsirli bilmir.

Davamı

XS
SM
MD
LG