Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:52

​Kerry Suriyanın kimyəvi silahlarından danışdı



ABŞ Dövlət Katibi John Kerry deyir ki, Suriya qalan kimyəvi silahlarını məhv etməlidir. Kerry mayın 3-də rusiyalı həmkarı Sergei Lavrovla telefon söhbətində bu məsələni müzakirə edib.

Ötən il Qərbin hərbi hücumlarını önləmək üçün əldə olunmuş beynəlxalq sazişə əsasən, Suriya 1.300 ton kimyəvi silahını məhv edir. Dəməşq ötən ilin avqustunda paytaxt şəhər yaxınlığında üsyançılara qarşı sarin qazından istifadədə günahlandırılır.

Suriya hökuməti beynəlxalq missiyaya bildirib ki, atışma səbəbindən bir kimyəvi sahəyə yetişmək çətindir.

Qərb Suriya lideri Bashar al-Assad-ı məqsədyönlü şəkildə prosesi uzatmaqda ittiham edir.
XS
SM
MD
LG