Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:04

Bu gün Qara Qarayevin doğum günüdür


Qara Qarayev
-
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür.

Qara Qarayev 5 fevral 1918-ci ildə Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub.

1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfdan bəstəkarlığın, Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsaslarını öyrənib.

Daha sonra təhsilini Moskva Konservatoriyasında davam etdirib. Q. Qarayev 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib.

“Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və s. Q.Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir.
XS
SM
MD
LG