Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 11:14

Türkiyədə rüşvət və korrupsiya ilə bağlı əməliyyat keçirən polislərdən 5-i işdən çıxarılıb


-
Türkiyədə rüşvət və korrupsiya ilə bağlı dekabrın 17-də əməliyyat keçirən polislərdən 5 nəfəri vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb. Qəzet vəzifəsindən çıxarılanların adlarını da dərc edib.

Dekabrın 17-də Türkiyənin Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə əməliyyat keçirilib. Əməliyyat zamanı 7-si gömrük işçisi (1-i qadındır), 10-u daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib. Onların arasında 3 nazir övladının da olduğu bildirilir.

Saxlananlar arasında Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG