Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Mavi brilyant rekord vurdu


Mavi brilyant
Mavi brilyant
-

Sotheby's hərracında daha bir rekord qeydə alınıb.

«Reuters» xəbər verir ki, tünd mavi brilyant Sotheby's-in noyabrın 14-də Cenevrədə keçirdiyi zərgərlik işləri hərracında rekord vurub.

10,48 karatlıq brilyant 10,27 milyon dollara satılıb.

Bu, mavi brilyantların hərracında ən baha satış qiyməti sayılıb.

Hərrac Evinin saytında bu daşı 3,5-4,5 milyona satmaq planlaşdırıldığı qeyd olunub.

Daşı 10,27 milyona satın alan adam britaniyalı zərgər Laurence Graff-dır.

Onun əvvəllər keçirilən böyük hərraclardan da rəngli brilyantlar aldığı deyilir.

İSPANİYA KRAL AİLƏSİNƏ MƏXSUS QOLBAQ DA SATILIB

Yeri gəlmişkən, Cenevrə hərracında İspaniya kral ailəsinə məxsus bir qolbaq da satışa çıxarılıb.

«Cartier» firmasında 1920-ci illərin sonlarında İspaniya kralı Juan Carlos-un nənəsi üçün hazırlanmış qolbaq 3,298 milyon dollara satılıb.

Sotheby's qolbağı alanın adını açıqlamır.

Cenevrə hərracından Sotheby's-in 80,8 milyon dollar əldə etdiyi deyilir.

Bu hərracdan bir gün öncə - noyabrın 13-də isə Sotheby's-in rəqibi Christie's Cenevrədə auksion keçirmişdi.

Bu hərracda 76,02 karatlıq şəffaf brilyant 21,5 milyon dollara satılıb.

Avstriya-Macarıstan imperiyasından qalan brilyant satışdan əvvəl Black, Starr & Frost firmasına məxsus imiş.

Bu brilyantı da alanın adı açıqlanmır, amma daşın muzey eksponatı olacağı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG