Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 21:16

Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb


Foto: Arxiv
Foto: Arxiv
Aprelin 7-si saat 09:30 radələrində itkin düşmüş şəxslərin cəsədləri «Qoçqaya» adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini martın 30-da ov etmək məqsədilə dağa getmiş və geri qayıtmamışdılar.

Yaxınları onların qar uçqununa düşdüyünü bildirirlər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 helikopteri, xilasedicilər, həmçinin xüsusi təlim keçmiş itlər cəlb olunmuşdu.
XS
SM
MD
LG