Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

Vaqneri dinləyən Polşanı tutmaq istəyir... Bəs ««Kitabi-Dədə Qorqud»u oxuyan nə istəyir?


Rəhman Bədəlov
«Nibelunqlar»ın alman mədəniyyətinə təsiri «Kitabi-Dədə Qorqud»un Azərbaycan mədəniyyətinə təsirindən güclüdür».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına mədəniyyətşünas alim Rəhman Bədəlov söylədi.

Almaniyanın Mayns universiteti ilə Bakı Slavyan Universitetinin birgə layihəsi olan «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar haqqında nəğmə» -- Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb» adlı layihənin 2-ci -- Mayns simpoziumuna qatılan Rəhman Bədəlov: «O («Nibelunqlar»—S.İ.), millətin ruhunda daima yaşayır, özü də ifrat formada yaşayır» -- dedi.

«NİBELUNQLAR» ALMAN RUHUNUN TƏCƏSSÜMÜ...

Rixard Vaqnerin «Nibelunqlar» operasını yazdığını xatırladan professor tarixə üz tutdu, faşizm dönəmindən misal çəkdi:

««Nibelunqlar» operası faşizm dövründə alman ruhunun təcəssümü idi. Bir amerikalı yəhudi rejissor deyirmiş ki, mən Vaqnerə qulaq asanda, Polşanı zəbt eləmək istəyirəm. Demək istəyirəm ki, bizdə Dədə Qorqudla bağlı bu ruh elə də güclü deyil. Halbuki, Dədə Qorqud refleksi daha güclü olmalıdır».

ÇOX İŞ GÖRMƏLİYİK

Simpoziumun işində iştirak etmiş Qorqudşünas alim Rüstəm Kamal da «Nibelunqlar»ı alman mədəniyyətinin simvolu saydı:

««Dədə Qorqud»un Azərbaycan etnosunun tarixində yaşı çox azdır. Etnosun özünüdərk səviyyəsində dastanın rolu zəifdir. Biz hələ çox iş görməliyik ki, Dədə Qorqud bizim etnosun kulturoloji məkanında yer tapsın».

Rüstəm Kamal
DİALOQ ALINDI

Rəhman Bədəlov «Nibelunqlar»ın bütün dünyada məşhur olduğunu, «Kitabi-Dədə Qorqud»un daha az tanındığını etiraf etdi:

«Əvvəlcə qorxdum ki, bu iki dastan arasında müqayisə formal aparılacaq və mədəniyyətlərin dialoqu, bir-birini eşitməsi baş verməyəcək. Amma mən xeyli yanıldım. Maynsda keçirilən simpoziumda maraqlı ideyalar oldu. Ən azından, hiss olundu ki, alman alimləri «Dədə Qorqud»a ciddi yanaşıblar. Bəzən mətnlərdə elə incəlikləri duyurdular ki, mən təəccüblənirdim. Ona görə də, mənim fikrimcə, mədəniyyətlərarası dialoq müəyyən dərəcədə alındı. Biz «Nibelunqlar»ı daha dərindən öyrənsək, bu dialoq daha gözəl alınar».

-- «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar haqqında nəğmə» -- Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb» adlı layihənin müddəti nə qədərdir?

--Eposların ən müxtəlif aspektlərini əhatə edən simpoziumların keçirilməsi artıq müəyyənləşib, yoxsa iş prosesində aydınlaşacaq?

--İkinci--Mayns simpoziumu hansı mövzuya həsr olunmuşdu?

--Simpoziumda daha kimlər iştirak etdi? İştirakçılar hansı prinsiplə seçilmişdi?

-- Simpozium necə keçdi? Alman alimlərini «Dədə Qorqud»la bağlı nələr maraqlandırırdı? Onlar nəyi bilmək istəyirdilər? Bir də məsələn, nibelunqlar barədə bizlərin nəyi bilməsinə çalışırdılar?

-- Rüstəm Kamalı «Dədə Qorqud»la bağlı bir alman professorun hansı fikri təəccübləndirdi?

-- Bəs Almaniyada verilişimizin qonaqlarını «Nibelunqlar»dan başqa daha nə heyrətləndirdi?


«İz» proqramını elə bu səhifədən dinləyin. O zaman həftənin ən mühüm 7 mədəniyyət xəbərini də eşidəcəksiniz.
XS
SM
MD
LG