Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

İlham Əliyevin imitasiyası, bulvarda dilənçilər və...


Mətbuat icmalı
Mətbuat icmalı
«İLHAM ƏLİYEV İMİTASİYA İSTƏYİR»

Bu yazı «Azadlıq» qəzetinin 7 iyun sayında çıxıb. Politoloqlar Zərdüşt Əlizadə və Zəfər Quliyev qəzetə müsahibələrində Cənubi Qafqaz ölkələrində və dünyada gedən son proseslərə münasibət bildiriblər.

Zərdüşt Əlizadə Rusiyanın Cənubi Qafqaz ölkələrinə təsiri ilə bağlı deyib ki, «Qarabağda Rusiyanın hərbi bazası var. Azərbaycan hökuməti bir addım sağa-sola qoysa, Rusiyanın hərbi bazası işə düşəcək. Və yaxud da Ermənistan hakimiyyəti Rusiyanın əleyhinə addım atsa, hərbi baza işə düşəcək».

Zəfər Quliyev isə bildirib ki, «Azərbaycan hakimiyyəti də dünyada gedən proseslərlə könülsüz olsa da, razılaşmalıdır. Çünki nə qədər bizim hakimiyyət özünü güclü saysa da, reallıqda başqa cürdür. Azərbaycan hakimiyyəti həm dünyada, həm də postsovet məkanında gedən proseslərlə razılaşmalı olur. Amma prezidentin demokratik islahatları dilə gətirməsi və etiraf etməsi ki, bu, həm zamanın, həm xalqın tələbidir, bu, ritorikadan başqa heç nə deyil. Bu hələ göstərmir ki, hakimiyyət dialoqa, daxili siyasətini dəyişməyə, qapalıdan açıq cəmiyyətə keçməyə hazırdır. Gözlənilən odur ki, hakimiyyət korrupsiya ilə mübarizə apardığı kimi, imitasiya ilə məşğul olacaq. İlkin aylarda aşağı səviyyəli korrupsiya ilə mübarizə aparılsa da, sonradan bu da səngidi. Yəni, hələlik hakimiyyət islahatlara hazır deyil».

İKİ GƏMİ XƏZƏRİ TƏMİZLƏYİR

«Bizim Yol» qəzeti Bakı bulvarındakı təmir işlərindən yazıb. Təmir işləri aparanlardan biri qəzetə deyib ki, Xəzəri iki gəmi səhərdən axşama qədər təmizləyir. Bulvarda dilənçilərə rast gəlinməməsinin səbəbi isə dilənçilərin bulvara buraxılmaması ilə bağlıdır.

İLHAM ƏLİYEV: «ÜMİD EDİRƏM Kİ, FUTBOLÇULARIMIZ BİZİ SEVİNDİRƏCƏK»

«Yeni Azərbaycan» qəzeti Bakıda Olimpiya stadionunu təməlqoyma mərasimi haqqında yazıb. Mərasimdə çıxış edən prezident İlham Əliyev deyib:

«Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür. Bildiyiniz kimi, futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir ki, icra edilir. Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG